525.Az

Batabat Astrofizika Rəsədxanasında seminar keçirilib


 

Batabat Astrofizika Rəsədxanasında seminar keçirilib<b style="color:red"></b>

AMEA-nın Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasında payız günbərabərliyi mövzusunda seminar olub.

Tədbiri rəsədxananın direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev açaraq seminar haqqında məlumat verib.

Daha sonra rəsədxananın elmi işçisi Ülvi Vəliyevin "Günbərabərliyi və yer üzərində fəsillərin əmələ gəlməsi", kiçik elmi işçilər Vəfa Qafarovanın "2020-ci ildə gün bərabərliyi" və Türkanə Əliyevanın "Payız günbərabərliyində yerin səmada günəşə nisbətən vəziyyəti" mövzusunda məruzələri dinlənilib. Çıxışlarda günbərabərliklərinin baş verməsinin astronomik, fiziki və riyazi əsaslarının izahı, həm də fəsillərin əmələ gəlməsi ilə günbərabərlikləri arasındakı əlaqənin mahiyyəti barədə geniş məlumat verilib.

Sonunda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

 





23.09.2020    çap et  çap et