525.Az

"Əhmədiyyə Cəbrayılov - 100" elektron məlumat bazası hazırlanıb


 

"Əhmədiyyə Cəbrayılov - 100" elektron məlumat bazası hazırlanıb <b style="color:red"></b>

Sentyabrın 22-də Azərbaycan xalqının igid övladı, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi tamam olur.
 
Azərbaycan Prezidentinin "Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında" Sərəncamına və Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq Milli Kitabxananın əməkdaşları tərəfindən "Əhmədiyyə Cəbrayılov - 100" adlı elektron məlumat bazası hazırlanıb.

Kitabxanadan bildirilib ki, elektron məlumat bazası rəsmi sənəd, əfsanələşən partizan ömrü, mükafatları, haqqında nəşrlər, xatirəsinin əbədiləşdirilməsi, fotoqalereya və videoqalereya bölmələrindən ibarətdir. Elektron məlumat bazasındakı resurslar tam mətni ilə təqdim olunur.

 





23.09.2020    çap et  çap et