525.Az

“Sərhədlərin delimitasiyası üzrə ekspertlərin yeni qərarları qəbul edilib”


 

“Sərhədlərin delimitasiyası üzrə ekspertlərin yeni qərarları qəbul edilib”<b style="color:red"></b>

“Görüşümüzdə “Keşikçidağ” haqqında da müzakirə apardıq. Təəssüf ki, keçən il bir sıra insident oldu, amma vəziyyət sonradan müsbətə doğru dəyişdi”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib.

O bildirib ki, ziyarətçilər artıq “Keşikçidağ”a gedib gəlirlər.

Nazir dövlət sərhədinin delimatasiyası ilə məşğul olan komissiyanın üzvlərinin yeniləndiyini, ekspertlərin yeni qərarlarının qəbul edildiyini diqqətə çatdırıb: “Artıq tanış olmaları üçün Azərbaycan tərəfinə bu sənədləri çatdırmışıq. Bu prosesin yeni baxışla idarə edilməsi üçün əlimizdən gələni edirik. Onu da qeyd edim ki, 2006-2007-ci illərdə razılıq əldə etdiyimiz bəzi qərarları dəyişə bilərik”.

 





24.09.2020    çap et  çap et