525.Az

Təbriz Universitetində türk dili və ədəbiyyatı üzrə ilk tələbələr məzun olublar


 

Təbriz Universitetində türk dili və ədəbiyyatı üzrə ilk tələbələr məzun olublar <b style="color:red"></b>

Təbriz Universitetində türk dili və ədəbiyyatı üzrə təhsil alan ilk tələbələrin məzuniyyət mərasimi keçirilib.

Məlumata əsasən, ixtisas üzrə birinci olaraq təhsil alanların məzuniyyət mərasimi sentyabrın 20-də Təbriz universitetində keçirilib.

Tələbələrin məzuniyyət kitabçalarında yer alan türkcə mətndə "nə mutludur bu gün bizlərə, ilk kəz tariximizdə Azərbaycan türkcəsinin öyrəncisi olub, təhsilimizi başa çatdırmaq fəxrini vətən bizə ithaf edib. Diləyimiz bu varlığın bütün çağlarda dəyərini unutmamaq və qorumaqdır", - deyə qeyd olunub.

Keçən il Təbriz Universitetinin rektor müavini  Babulla Həyati türk dili və ədəbiyyatı ixtisasının digər ixtisaslarla müqayisədə daha çox rəğbətlə qarşılandığını bildirmişdi.

1979-cu il İslam İnqilabından sonra qəbul edilən İran Konstitusiyasının 15-ci maddəsində farscanın ölkənin rəsmi dili olduğu, ancaq bununla yanaşı, digər yerli dillərin də tədris olunması və öyrənilməsində hər hansı maneənin olmadığı vurğulanıb. Həmin maddəyə əsasən, türk dilinin tədrisi universitetdən deyil, ibtidai məktəblərdən başlanmalıdır. Lakin məlum olduğu kimi, İranda yaşayan millətlərin ana dillə bağlı hüquqları hətta Konstitusiyada qeyd olunan səthdə belə tanınmır və bununla əlaqədar 15-ci maddə bu günə qədər yerinə yetirilmir.

 





23.09.2020    çap et  çap et