525.Az

Elmar Qasımov tələbələrlə görüşüb


 

Elmar Qasımov tələbələrlə görüşüb<b style="color:red"></b>

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Biznesin idarəedilməsi (MBA) proqramı üzrə BANM-ə qəbul olan tələbələrlə onlayn görüş keçirib. Görüş zaman rektor tələbələrin hər biri ilə ayrı-ayrılıqda tanış olub.

Görüşdə yeni tədris ilinə hazırlıq, tədris prosesi, dərslərin gedişatı ilə bağlı məlumat verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Cari tədris ilinin qəbul planında Biznesin idarəedilməsi ixtisaslaşması üzrə 50 yer ayrılıb və bütün yerlər tutulub. BANM-in MBA proqramına qəbul olan tələbələr Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənayə Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Azərbaycan Dillər Universitet, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti, Vladimir Dal adına Ukrayna Milli Universiteti və Azərbaycan Müəllimlər İnstitutunun məzunlarıdırlar.

Tələbələrlə görüş zamanı rektor Elmar Qasımov MBA proqramına bu il qəbul üzrə ən yüksək balın (88 bal) Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi ixtisasının məzunu Murad Süleymanlının və Bakı Mühəndislik Universitetinin Dünya iqtisadiyyatı ixtisasının məzunu Anar Məmmədlinin topladığını bildirib.

Rektor bildirib ki, BANM-də MBA proqramı üzrə tədris prosesi yüksəkixtisaslı elmi-pedaqoji kadrlar, iş adamları, ayrı-ayrı müəssisələrin rəhbər şəxsləri tərəfindən yerinə yetirilir. Bundan başqa, həftənin şənbə günləri təcrübəli və tanınmış mütəxəssislərin iştirakı ilə təlimlər təşkil olunur.

Sevinc QARAYEVA

 





23.09.2020    çap et  çap et