525.Az

UNEC brendi 10-cu ölkədə tanındı


 

UNEC brendi 10-cu ölkədə tanındı<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) brendi daha bir ölkədə tanındı.

UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən, dünya təhsil brendləri arasında öz mövqeyini gücləndirən UNEC, Rusiyadan sonra  Ukraynada da tanındı. Belə ki, UNEC Ukrayna İntellektual Mülkiyyət İnstitutu tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetinin brendi kimi qorunma altına alındı.

Əhatə dairəsini gündən-günə genişləndirən UNEC Litva, Latviya, Polşa, Slovakiya, Macarıstan, Xorvatiya, Türkiyə, Estoniya, Rusiyadan sonra 10-cu ölkədə tanınmış oldu.

Sevinc QARAYEVA

 





23.09.2020    çap et  çap et