525.Az

Milli Məclisin ilk iclas gündəliyinə 22 məsələ daxil edilib - Yenilənib


 

Milli Məclisin ilk iclas gündəliyinə 22 məsələ daxil edilib -<b style="color:red"> Yenilənib</b>

Milli Məclisin payız sessiyası çərçivəsində sentyabrın 30-da keçiriləcək ilk plenar iclasının gündəliyi açıqlanıb.

İclasın gündəliyinə 22 məsələ daxil edildir.

Bunlar Milli Məclisin 2020-ci il payız sessiyasının qanunvericilik İşlər Planı, parlamentin Hesablayıcı komissiyasının üzvünün seçilməsi, Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında qərarına dəyişikliklə bağlı məsələlər, “MDB iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” Sazişin təsdiq edilməsi barədə”, Azərbaycan Respublikasının Kuba Respublikasında (Havana şəhərində) səfirliyinin təsis edilməsi haqqında” qanun layihələridir.

İclasda bir sıra qanun layihələrinə dəyişikliklər də müzakirəyə çıxarılacaq.

***


Milli Məclisin payız sessiyası çərçivəsində sentyabrın 30-da keçiriləcək ilk plenar iclasının gündəliyi açıqlanıb.

APA-nın məlumatına görə, iclasın gündəliyinə 22 məsələ daxil edilib.

 





25.09.2020    çap et  çap et