525.Az

İctimai iaşə obyektlərində ən çox rast gəlinən qayda pozuntuları


 

İctimai iaşə obyektlərində ən çox rast gəlinən qayda pozuntuları <b style="color:red"></b>

“İctimai iaşə obyektlərində bəzən sosial məsafənin qorunmaması və bir stol ətrafında 6 nəfərdən artıq adamın oturduğu hallarına rast gəlinir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Facebook” səhifəsindəki "Təhlükəsiz Qida" adlı onlayn verilişində AQTA sədrinin müşaviri Elxan Mikayılov bildirib. Onun sözlərinə görə, eyni zamanda, işçilər tərəfindən maskadan düzgün istifadə edilməməsi, o cümlədən müştərilərin maskasız hərəkəti ilə bağlı həm mehmanxana, həm də ictimai iaşə obyektlərinin sahibləri tərəfindən müvafiq nəzarət tədbirlərinin həyata keçirilməməsi, ehtiyat maskaların təqdim edilməməsi hallarına da rast gəlinir:

“Bəzi ictimai iaşə obyektlərində dezinfeksiya məsələləri ilə bağlı problemlər ortaya çıxır. Qızıl qaydalardan biri də ictimai iaşə obyektlərinin və qabların dezinfeksiya edilməsi məsələsidir. Bu məsələ ilə bağlı da bəzən sahibkarlarda yetərincə diqqət hiss etmirik. Bu da müəyyən uyğunsuzluq hallarının aşkarlanması ilə nəticələnir”.

 





25.09.2020    çap et  çap et