525.Az

Şuşa Teatrında 147-ci mövsüm başlanıb


 

Şuşa Teatrında 147-ci mövsüm başlanıb<b style="color:red"></b>

Azərbaycan peşəkar milli teatrı olan Şuşa Teatrı 147-ci mövsümünü açıb.

Teatrdan AZƏRTAC-a verilən məlumata görə, teatrın yaradıcı heyəti teatr mövsümünü milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası ilə açıb.

Səhnə əsəri teatrın "Facebook" səhifəsində yayımlanıb.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.

 





25.09.2020    çap et  çap et