525.Az

Koronavirusla mübarizədə şəffaflıq və açıqlıq


 

KORONAVİRUSLA MÜBARİZƏYƏ DƏSTƏK FONDUNDA YIĞILAN VƏSAİTDƏN SƏMƏRƏLİ İSTİFADƏ EDİLİR

Koronavirusla mübarizədə şəffaflıq və açıqlıq <b style="color:red"></b>

Azərbaycanda ilk gündən koronavirus infeksiyası ilə ardıcıl mübarizə tədbirləri həyata keçirilməyə başlayıb. Məhz bu tədbirlərin nəticəsində virusun ağır nəticələrinin qarşısını almaq mümkün olub. 

Ölkəmizin bu istiqamətdəki fəaliyyəti beynəlxalq aləmdə, o cümlədən, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təqdir olunub. COVİD-19 xəstəliyinin Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınmasını, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsini, əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Fondun vəsaitinin sərəncamçısı Nazirlər Kabinetidir. Baş Nazirin imzaladığı 2020-ci il 11 aprel tarixli qərarla Fondda toplanmış vəsaitdən istifadə zamanı şəffaflığın təmin edilməsi və vəsaitdən istifadə barədə ictimaiyyətin  mütəmadi məlumatlandırılması məqsədilə Nazirlər Kabineti yanında İctimai Nəzarət Şurası yaradılıb. Ölkəmizdə koronavirusa qarşı mübarizədə ardıcıl sanitar-epidemioloji tədbirlərin görülməsi ilə yanaşı, beynəlxalq həmrəyliyin və dövlətlərin bu qlobal bəlaya qarşı bir araya gələrək səylərinin səfərbər edilməsini də təşviq edir.

Məlumdur ki, hazırda bir sıra ölkələr vaksinlər üzərində iş aparır və ön sifarişlər qəbul edirlər. Lakin vaksinlərə olan tələbat həcminin onların istehsal potensialından çox olmasını nəzərə alaraq, növbəti sifarişləri tezliklə tam təmin etmək mümkün olmaya bilər. COVİD-19 ilə mübarizədə vaksin istehsalını sürətləndirmək və bütün ölkələr üçün ədalətli və bərabər əlçatanlılıq imkanı yaratmaq məqsədilə bir müddət əvvəl Qlobal Peyvəndlər Alyansı (GAVI), Epidemiyaya Hazırlıq İnnovasiyalar Alyansı (CEPI) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən COVAX platforması yaradılıb;

Sentyabrın 18-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI təşkilatı arasında imzalanmış sazişə əsasən, ÜST tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər, Azərbaycan da təsdiqlənmiş peyvəndlə təmin olunacaq.

Bu sazişin icrasından irəli gələn məsələlərin, yəni COVAX platforması çərçivəsində ÜST tərəfindən təsdiq olunmuş vaksinlərin alınaraq Azərbaycana gətirilməsinin maliyyə xərcləri Koronavirusla Mübarizəyə Dəstək Fondundan ödəniləcək.

Qeyd edək ki, indiyə qədər Koronavirusla Mübarizəyə Dəstək Fonduna 113,7 milyon manatdan çox vəsait köçürülüb. Fondun fəaliyyətində tam şəffaflığın təmin edilməsi çərçivəsində həyata keçirilən bütün ianələr və onları edən bütün fiziki və hüquqi şəxslər barədə Fondun rəsmi internet səhifəsində məlumat yerləşdirilib.

Görünən odur ki, Azərbaycan dövlətinin koronavirusla mübarizəsi həm effektli, həm də maksimum şəffaflıq və ictimai nəzarət təmin olunmaqla aparılır.

Milli Məclisin deputatı Sədaqət Vəliyeva mövzu ilə bağlı deyib ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna milyonlarla manat vəsaitin toplanması xalqımızın milli həmrəyliyinin göstəricisidir: "Ölkə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir illik əmək- haqlarını Fonda ianə etdilər. Bu gün artıq Fondda 114 milyona yaxın vəsait toplanıb. Fondun fəaliyyətində tam şəffaflığın təmin edilməsi çərçivəsində həyata keçirilən bütün ianələr və onları edən bütün fiziki və hüquqi şəxslər barədə Fondun rəsmi internet səhifəsində məlumatlar da yerləşdirilib. Həmçinin, Fondun vəsaitinin sərəncamçısı Nazirlər Kabinetidir və təsadüfi də deyildir ki, Fondda toplanmış vəsaitdən istifadə zamanı şəffaflığın təmin edilməsi və vəsaitdən istifadə barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması məqsədilə Nazirlər Kabineti yanında İctimai Nəzarət Şurası da yaradılıb".

S.Vəliyeva bildirib ki, Azərbaycan dövləti koronavirus infeksiyasına qarşı mübarizəni ardıcıl davam etdirir və əhalinin sağlamlığının qorunması üçün bütün mümkün üsullardan istifadə edir, bu məsələdə maksimum şəffaflıq və ictimai nəzarət təmin olunur: "Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin son qəpiyinə qədər xalqımızın sağlamlığına, COVİD-19 pandemiyasından xilas olmasına xərclənəcək. Fondun vəsaitlərinin xərclənməsinə dair əsassız fikirlər səsləndirmək, qeyri-obyektiv mövqe tutmaq, ictimai rəyi çaşdırmağa çalışmaq indiki məqamda düşmənçilikdən başqa bir şey deyildir. Vaksinasiya prosesi heç də asan olmayan bir məsələdir. Bu səbəbdən də, Fonda vəsait köçürərkən necə həmrəy idiksə, bundan sonra da bir olmalıyıq".

PƏRVANƏ

 





25.09.2020    çap et  çap et