525.Az

2000-dək şəxs vaxtından əvvəl cəzadan azad olundu


 

2000-dək şəxs vaxtından əvvəl cəzadan azad olundu <b style="color:red"></b>

Bu ilin ötən dövründə 2000-dək şəxs vaxtından əvvəl cəzadan azad olunub və ya yüngül rejimli müəssisəyə keçirilib.

APA-nın məlumatına görə, bunu Ədliyyə naziri Fikrət Məmmədov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin səlahiyyət müddəti başa çatan rəhbəri xanım Elena Aymone Sessera və yeni rəhbəri xanım Arian Bauer ilə görüşü zamanı bildirib.

Nazir qeyd edib ki, bunun 80%-ə yaxını karantin rejimi dövrünə təsadüf edir.

F.Məmmədov eyni zamanda deyib ki, pandemiya dövründə həmçinin 460 nəfər ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad edilib.

 





25.09.2020    çap et  çap et