525.Az

Sentyabrın 28-dək Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyat işləməyəcək


 

Sentyabrın 28-dək Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyat işləməyəcək<b style="color:red"></b>

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftəsonu ictimai nəqliyyat işləməyəcək.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərara əsasən, 26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın hərəkəti və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

 

 





26.09.2020    çap et  çap et