525.Az

“Msta-S” özüyeriyən haubitsalardan döyüş atışları həyata keçirildi - Video


 

“Msta-S” özüyeriyən haubitsalardan döyüş atışları həyata keçirildi - <b style="color:red"> Video</b> Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının “Msta-S” özüyeriyən haubitsa heyətləri ilə döyüş hazırlığı məşğələləri keçirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, həyacan siqnalı ilə qaldırılan heyətlər atəş mövqelərinin dəyişilməsi və şərti döyüş zamanı düşmən hədəflərinin koordinatlarının təyin edilməsi suallarını məşq ediblər.

Döyüş atışları icra edən heyətlər şərti düşmənin müxtəlif məsafələrdə yerləşən hərbi texnikası və mühəndis fortifikasiya qurğularını məhv ediblər.

 





26.09.2020    çap et  çap et