525.Az

Həkimdən vaksin xəbərdarlığı: “COVID-19 qriplə birgə tutsa...” - Video


 

Həkimdən vaksin xəbərdarlığı: “COVID-19 qriplə birgə tutsa...” - <b style="color:red"> Video</b>

“Azərbaycanda hazırda epidemioloji vəziyyət nəzarət altındadır. Buna baxmayaraq qarşıda bizi soyuq fəsil gözləyir. Payıq-qış mövsümündə respirator, tənəffüs yolu və hava-damcı yolu ilə yoluxan xəstəliklər çoxalır. Ona görə də COVID-19 pandemiyası dövründə payız-qış mövsümü bir qədər problemlər yarada bilər”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri professor Akif Qurbanov deyib.

Onun sözlərinə görə, COVID-19-a hər hansı respirator xəstəliyi də qoşula bilər:
 
“Bu, ilk növbədə qrip xəstəliyidir. Qrip əleyhinə vaksinasiya indiki durumda daha çox aktuallaşır. Əgər COVID-19-a qriplə birlikdə rast gəlinərsə, bu, xəstəliyin daha ağır getməsinə səbəb ola bilər.

Ona görə də, bütün dünyada qrip xəstəliyi əleyhinə vaksinasiya işləri aktuallaşıb və demək olar ki, dünyanın bütün ölkələri bu barədə tədbirlə görməkdədir. Əslində, qrip əleyhinə vaksinasiya elə COVID-19 əleyhinə əks epidemik tədbirlərin də bir hissədir”.



 





26.09.2020    çap et  çap et