525.Az

Suriyanın Türkiyə ilə sərhəddə yerləşən şəhərində partlayış nəticəsində 7 nəfər öldü


 

Suriyanın Türkiyə ilə sərhəddə yerləşən şəhərində partlayış nəticəsində 7 nəfər öldü<b style="color:red"></b>

Bu gün Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Ras əl-Ayn şəhərində park edilmiş avtomobildə partlayış baş verib.

APA SANA agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində ikisi uşaq olmaqla yeddi mülki şəxs həyatını itirib.

Xatırladaq ki, Ras əl-Ayn şəhərində avqustun 27-də də analoji hadisə baş vermişdi. Partlayış nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

 





26.09.2020    çap et  çap et