525.Az

Rumıniya KİV-ləri Ermənistanın növbəti təxribatından yazıb


 

Rumıniya KİV-ləri Ermənistanın növbəti təxribatından yazıb<b style="color:red"></b>

Rumıniyanın nüfuzlu KİV-ləri, o cümlədən “Amosnews” xəbər agentliyi, “News24hours” xəbər portalı, “Ultima Ora” (Son Saat) qəzeti Ermənistanın növbəti hərbi təxribatı barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bəyanatını yayıb.

AZƏRTAC xəbər verir ki, Rumıniya ictimaiyyətinin diqqətinə Azərbaycan Müdafiə Nazirliyinin məlumatı çatdırılıb. Qeyd olunub ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çiraqlı və Orta Qaravənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx şəkildə yaşayan mülki insanları və obyektləri atəşə tutması qəsdən və hədəflənmiş şəkildə həyata keçirilib. Mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar barədə məlumatlar var. Çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib.

O cümlədən Rumıniya KİV-ləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətini geniş işıqlandırılıb, “Şəhidlərimizin qanı yerdə qalmayacaq”, “Ermənistan lazimi cavabı aldı və alacaq” kimi bəyanatlar məlumatlarda yer alıb.

 





27.09.2020    çap et  çap et