525.Az

Gürcüstanın katolikos-patriarxı gərginliklə bağlı bəyanat yaydı


 

Gürcüstanın katolikos-patriarxı gərginliklə bağlı bəyanat yaydı<b style="color:red"></b>

Gürcüstanın katolikos-patriarxı II İlya Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş verən gərginliklə əlaqədar bəyanat yayıb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bəyanatda Cənubi Qafqaz regionunda sülhün bərqərar olunmasının vacibliyi vurğulanıb.

“Ermənistanla Azərbaycan arasındakı son qarşıdurma xəbərini çox narahatlıqla öyrəndik. Bu bizim üçün xüsusilə ağrılıdır, çünki hər iki ölkənin qonşusu və dostuyuq. Gürcüstanda bir çox azərbaycanlı və erməni yaşayır.

Ümid edirik ki, hər iki ölkənin səlahiyyətliləri və beynəlxalq ictimaiyyət vəziyyətin kəskin şəkildə pisləşməsinə imkan verməyəcək. Bu, Qafqazda və bütün dünyada böyük bir problemə çevrilə bilər. Tanrıdan Ermənistana, Azərbaycana və bütün Qafqaza sülh bəxş etməsini diləyirik".

 





27.09.2020    çap et  çap et