525.Az

Şəhərlərarası avtobuslar saat 20:00-dək işləyəcək


 

Şəhərlərarası avtobuslar saat 20:00-dək işləyəcək<b style="color:red"></b>

Azərbaycanda komendant saatı səbəbindən şəhərlərarası avtobusların hərəkəti bu gündən etibarən saat 6:00-dan 20:00-dək təşkil ediləcək.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova "APA-Economicsə" bildirib ki, qərar həm regionlar, həm də Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobuslara aiddir.

"Səbəb ondan ibarətdir ki, ictimai nəqliyyat sürücülərinin idarə etdikləri avtobusları qaraja qoyduqdan sonra evlərinə qayıtmalarına vaxt tələb olunur", - deyə N. Allahyarova bildirib.

 





28.09.2020    çap et  çap et