525.Az

“Ermənistanın yaydığı yalanın məqsədi öz cəmiyyətlərində təşvişi azaltmaqdır”


 

“Ermənistanın yaydığı yalanın məqsədi öz cəmiyyətlərində təşvişi azaltmaqdır”<b style="color:red"></b>

“General Mayis Bərxudarovla bağlı Ermənistan tərəfindən yayılan yalanların məqsədi öz cəmiyyətlərində təşvişi azaltmaqdır”.

APA-nın məlumatına görə, bunu Müdafiə Nazirliyinin keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycan generalları ordumuzun rəhbərliyində öz döyüş əməliyyatlarını davam etdirirlər:

“Ermənilərin yalan məlumatları ifşa olunur. Eyni zamanda xarici media nümayəndələrinin Azərbaycana səfəri təşkil olunub. Burada Rusiya, Türkiyə və digər media resurslarının nümayəndələri var. “Əl-Cəzirə” telekanalının nümayəndələri də ölkəmizdə səfərdədir. Onlara Ermənistanın təxribatları ilə bağlı məlumat veriləcək ki, beynəlxalq ictimaiyyətə tam dolğun informasiya ötürülsün”.

 





28.09.2020    çap et  çap et