525.Az

Vaqif Dərgahlı: “Düşmən Goranboy rayonu ərazisini atəşə tutub”


 

Vaqif Dərgahlı: “Düşmən Goranboy rayonu ərazisini atəşə tutub”<b style="color:red"></b>

Düşmən Goranboy rayonunun Yuxarı Ağcakənd və Qaramusalı kəndlərini artilleriya atəşinə məruz qoyub.

APA-nın məlumatına görə, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

Onun sözlərinə görə, mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyməyib: "Kənd sakinləri arasında itki yoxdur".

V. Dərgahlı bildirib ki, düşmənə qarşı bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

 





28.09.2020    çap et  çap et