525.Az

Britaniyalı jurnalist ermənilər tərəfindən azərbaycanlı mülki əhalinin öldürülməsini qınadı


 

Britaniyalı jurnalist ermənilər tərəfindən azərbaycanlı mülki əhalinin öldürülməsini qınadı<b style="color:red"></b>

Britaniyalı jurnalist Neil Vatson APA-nın Britaniya bürosuna verdiyi açıqlamada azərbaycanlı mülki vətəndaşlara qarşı həyata keçirilən erməni təcavüzünün insanlığa, insan haqlarına və beynəlxalq hüquqa zidd hərəkət olduğunu bildirib.

O, qeyd edib ki, bu, dünya liderləri tərəfindən qınanılmalıdır.

“Bunlardan ən faciəlisi isə ikisi kiçik uşaq olmaqla, beş nəfərlik bir ailənin öldürülməsidir”, - deyə jurnalist bildirib.

Neil Vatson bildirib ki, Azərbaycan danışıqlar yolu ilə sülhün bərqərar olması üçün  ATƏT-in Minsk Qrupu ilə daim əməkdaşlıq edib: “Lakin ABŞ, Rusiya və Fransa tərəfindən həmsədrləri olan bu qurumda erməni perspektivinə meyllilik müşahidə edilir. Rusiya isə münaqişənin, həmçinin, mühüm enerji boru kəmərlərinə yaxın olması səbəbindən bölgədə qeyri-sabitlik yaratmaq istəyir”, - Vatson qeyd edib.

O, Azərbaycanın 27 ildən sonra Füzuli və Cəbrayıl rayonlarında səkkiz kəndin azad edilməsi, erməni ordusunun bir neçə mövqeyinin dağıdılması və Azərbaycan Silahlı Qüvvələrinin mühüm yüksəkliklərdə nəzarəti ələ keçirməsinin çox şad xəbər olduğunu bildirib: “Bu, Ermənistana və onun tərəfdarlarına işğal status-kvonun davam edə bilməyəcəyi barədə açıq bir mesajdır”.

 





28.09.2020    çap et  çap et