525.Az

“Dəfələrlə bəyan etmişik ki, Qarabağ Azərbaycanın ayrılmaz bölgəsidir”


 

“Dəfələrlə bəyan etmişik ki, Qarabağ Azərbaycanın ayrılmaz bölgəsidir”<b style="color:red"></b>

“Dəfələrlə bəyan etmişik ki, Qarabağ Azərbaycanın ayrılmaz bölgəsidir”.

Bunu APA-nın İran müxbirinə açıqlamasında 20 il İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri olmuş sabiq deputat Salman Xudadadi deyib.

S.Xudadadi bildirib ki, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu Ərdəbilin İmam Cüməsi və Ayətullah Xameneinin nümayəndəsi də açıqlayıb və onun tutduğu vəzifəyə görə verdiyi bu açıqlama çox önəmlidir:

“İranda 40 milyona yaxın azərbaycanlı yaşayır və onların hamısı Azərbaycan Respublikasını həmişə dəstəkləyib. Xalqım həmişə Azərbaycan xalqını dəstəklədiyini göstərib”.

Onun sözlərinə görə, Qarabag münaqişəsinin bugünədək həll olunmamasının məsuliyyətini beynəlxalq qurumlar daşıyır:
 
"Əgər bu qurumlar vaxtında Azərbaycanın haqq olan mövqeyini dəstəkləsəydilər, Qarabağ problemi öz həllini tapmışdı və bu gün qan tökülməsinin şahidi olmazdıq".

Ermənistanın addımlarını pisləyən S.Xudadadi bildirib ki, Azərbaycanın  öz ərazilərini azad etməsi üçün müharibə etməkdən başqa çarəsi yoxdur:
 
" Bu gün bütün region ölkələri fəal olmalı və bu məsələni həll etməldir. Bu məsələ təkcə Azərbaycan və Ermənistanın problemi deyil, bəlkə bütün bölgə ölkələrinin problemidir. Hamı bilir ki, Ermənistan Qarabağı işğal edib. Ümid edirik ki, bu məsələ tezlikə öz həllini tapacaq və Qarabağ Azərbaycana qayıdacaq".

 





29.09.2020    çap et  çap et