525.Az

Ermənilərin atdığı top mərmiləri Tərtərdə poçt binası və xəstəxanaya düşüb


 

Ermənilərin atdığı top mərmiləri Tərtərdə poçt binası və xəstəxanaya düşüb<b style="color:red"></b>

Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir.

Yerli sakinlərin APA-nın Qarabağ bürosuna verdiyi xəbərə görə, ermənilərin atdığı top mərmisi Tərtər rayonunun Qapanlı kəndində poçt binasına və kənd xəstəxanasına düşüb.

Bundan başqa, Qapanlı kənd sakini Zülfüqar Quliyevin həyətinə mərmi düşüb. Nəticədə 8 baş iri buynuzlu heyvan tələf olub.

Hazırda ermənilər yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

 





29.09.2020    çap et  çap et