525.Az

İranın Azərbaycandakı səfirliyi açıqlama yaydı


 

İranın Azərbaycandakı səfirliyi açıqlama yaydı<b style="color:red"></b>

İranın Azərbaycandakı səfirliyi cəbhədəki vəziyyətlə bağlı açıqlama yayıb.

Açıqlamada deyilir:

"Silahların və ya terror qruplaşmalarına bağlı qüvvələrin İran İslam Respublikası ərazisindən Ermənistana keçirilməsi ilə əlaqəli əsassız xəbərlərin dərc edilməsini və təkrarlanmasını qətiyyətlə rədd edir və Azərbaycan Respublikasındakı uzunmüddətli hədəfləri üçün zəmin yaratmaq məqsədilə İranın nüfuzuna xələl gətirməyə ehtiyacı olan bəzi üçüncü tərəflərin səylərindən təəssüflənir.

İran İslam Respublikasının müvafiq rəsmi qurumları tərəfindən aparılan araşdırma və sorğulara görə, virtual şəbəkələrdə təsvir olunan saxta və şübhəli filmlərdə təsvir olunan silah və şəxslərin heç biri doğru deyil. Bu təbliğat şantajlarının əsas məqsədi İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı qardaşlıq və dostluq münasibətlərini korlamaqdır".

 





29.09.2020    çap et  çap et