525.Az

Ukrayna vətəndaşı Dağlıq Qarabağda döyüşmək istəyir


 

Ukrayna vətəndaşı Dağlıq Qarabağda döyüşmək istəyir<b style="color:red"></b>

Ukrayna vətəndaşı Qorovaya Natalya Vasilyevna Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.

Kropivnitskiy şəhərinin sakini olan N. Qorovaya məktubunda yazır:

“Hörmətli Prezident, cənab Ali Baş Komandan. Ukrayna Azərbaycanlıları Konqresində tanışım var. Onun vasitəsilə Azərbaycanı və azərbaycanlıları daha yaxından tanımışam. Bu məktubu yazmağıma da əsas səbəb Azərbaycana və azərbaycanlılara olan məhəbbətimdir.

Razılığınız olarsa, Azərbaycanın işğal olunmuş ərazilərinin erməni barbarlarından azad edilməsində biz də könüllü kimi iştirak etməyə hazırıq. Sizin əmrinizi gözləyirik və Azərbaycana gəlməyə hər zaman hazırıq. Biz Sizə güvənirik”.

 





29.09.2020    çap et  çap et