525.Az

Ermənistan Dağlıq Qarabağı terror yuvasına çevirib - Yazı


 

Ermənistan Dağlıq Qarabağı terror yuvasına çevirib - <b style="color:red">Yazı </b>

Artıq öz bədnam əməllərilə gündəmi zəbt edən Ermənistan hökuməti, siyasi arenada məğlub olduqdan sonra, çarəsiz şəkildə "havar" çəkib, bir neçə terror qruplaşmasından kömək diləyib. Müharibənin qaçılmaz olduğunu hiss etdiyi üçün yeni terror qruplaşmaları ilə istənilən rəzil anlaşmalara getməyə hazırdır.

Bir müddət öncə N.Paşinyan və özü kimi dırnaqarası rəsmi nümayəndələri, səfirləri tərəfindən Dağlıq Qarabağ ərazisinə Livan, Suriya ve İraqdan ermənilərin kütləvi  şəkildə yerləşdirilməsinə şərait yaradılıb. Eyni zamanda, Ermənistanın İraqdakı səfiri Polatyan bir neçə terror qruplarının rəsmilərilə görüşlər keçirib və nəticədə bir neçə terror qruplaşmasıyla qeyri-rəsmi razılıq da əldə olunub!

Ermənistan hökuməti nəinki yenidən terror yoluyla cinayətlər törədir, hətta beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq artıq Ermənistanı, o cümlədən, Dağlıq Qarabağı terror yuvasına çevirir.

Onu da qeyd edək ki, Ermənistanın terror birləşmələrilə razılığa gəlməsi onun insan əleyhinə olan yeni qanlı cinayətlər planladığını, mülki şəxslərin həyatına qəsd etdiyini, daha betər cinayətlərin subyektinə çevrilməkdə olduğunu göstərir.

Hərbi əməliyyatlar aparılması haqqında xüsusi prinsipləri pozmaqda davam edən Ermənistan, beynəlxalq humanitar hüquq normalarına, prinsiplərinə, 1949-cu il Cenevrə və 1954-cü il Haaqa konvensiyalarına qətiyyən məhəl qoymur, bununla da öz çirkin siyasətindən əl çəkmədiyini nümayiş etdirir! Terrorizm məhz hökumətləri, beynəlxalq təşkilatları, hansısa bir hərəkət etmək məcburiyyətində qoymaqdır. Zamanında Dağlıq Qarabağ separatçılarının terror fəaliyyətinin Ermənistan və digər xarici qüvvələr tərəfindən dəstəklənməsi Azərbaycan torpaqlarının işğalı, minlərlə dinc sakinin məhvi, yüz minlərlə soydaşımızın yurd-yuvalarından didərgin düşməsi, minlərlə vətəndaşımızın əsir və girov götürülməsi, amansız işgəncələrə məruz qalması ilə nəticələnmişdi.

Yenidən bu kimi cinayətlərin törədilməməsi üçün birmənalı şəkildə Azərbaycan tərəfindən adekvat tədbirlər həyata keçirilməlidir və bu yöndə real addımlar atılmaqdadır.

Milli təhlükəsizliyi gücləndirmək məqsədilə, bu istiqamətdə bir sıra dövlətdaxili  aktlar da qəbul edilib, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 may tarixli Sərəncamıyla təsdiq edilmiş "Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası" yaradılıb.

Onu da qeyd edək ki, milli təhlükəsizliklə yanaşı, Azərbaycan Respublikasının  beynəlxalq təhlükəsizlik konsepsiyasında sülhün və təhlükəsizliyin tərəftarı olduğu açıq ortaya qoyulub.

1986-cı il BMT tərəfindən qəbul olunmuş qətnamələrdə, "Beynəlxalq sülh və təhlükəsizlik" sisteminin yaradılmasında məqsəd beynəlxalq mübahisələrin dinc yolla həlli, əməkdaşlıq, iqtisadi inkişaf, insan hüquqlarının müdafiəsi sahəsində təhlükəsizliyin təmin edilməsidir.

Ümid edirik ki, mövcud münaqişədə BMT, NATO, ATƏT kimi təşkilatlara üzv olan ölkələr bütün bunları nəzərə alaraq Ermənistanın məkrli siyasətini qınaq obyektinə çevirəcəklər. 

Azərbaycan Respublikası öz təhlükəsizliyini təmin etmək məqsədilə "Milli Təhlükəsizlik haqqında" 29 iyun 2004-cü il tarixli Azərbaycan Respublikasının qanunu qəbul edib. Bu qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası milli təhlükəsizliyi dövlət müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, xalqın və ölkənin milli maraqlarının, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunmasını təmin etməlidir.

Ermənistan rəhbərliyi yalanlara davam etməklə qalmadı, hətta Azərbaycana qarşı, təcavüzə əsaslanan yeni çirkin siyasət yürütməyə başladı. Belə bir halda hazırkı İrəvan hakimiyyəti ilə dialoq aparmaq çox çətindir.

Belə olan halda, Azərbaycan ordusunun ərazi bütövlüyümüzü qorumaq məqsədilə Qarabağdakı istənilən terror qruplarını zərərləşdirərək məhv etməsi qaçılmazdır!

İnanırıq ki, Azərbaycan ordusu bu savaşdan qələbə ilə çıxacaq, işğaldakı torpaqlarımızı azad edəcək, ölkəmizin süverenliyinin, xalqımızın təhlükəsizliyinin qorunmasına zəmin yaradacaq!

 





29.09.2020    çap et  çap et