525.Az

Gəzməyə Vətən yaxşı... - Reportaj


 

Gəzməyə Vətən yaxşı... - <b style="color:red">Reportaj </b>

Turizm ölkəmizin qeyri-neft sektorunda prioritet istiqamətlərdən birini təşkil edir. Bu baxımdan turizm enerji sektorundan sonra ölkəyə valyuta gətirən ən vacib sahələrdən biri sayılır. Ölkəmizdə turizm sektorunun tarixinə nəzər saldıqda görürük ki, sürətli inkişafı müstəqillik illərinə təsadüf edir. Bu da, təbii ki, ölkədə həyata keçirilən müvafiq tədbirlərin, görülən konkret işlərin nəticəsidir.

Muxtar respublikada həyata keçirilən quruculuq, yaşıllaşdırma tədbirləri, yol infrastrukturunun təkmilləşdirilməsi, əhalinin sosial rifahının artırılması istiqamətində görülən işlər, habelə tarixinin yenidən araşdırılması, abidələrin, ziyarətgahların bərpası, müalicə ocaqlarının yenidən qurulması, ən ucqar dağ kəndlərinin belə diqqətdən kənarda qalmaması turizmin əksər növlərinin inkişafına zəmin yaratdı. Bunlar sırasında biz tarixi-mədəni, sağlamlıq, dini, ekoturizm, kənd yaşıl turizmi və digər növlərini sadalaya bilərik. Dünya memarlıq inciləri siyahısına daxil olan Möminə xatın, Qarabağlar və Gülüstan türbələri, Əlincəqala abidəsi, "Əshabi-Kəhf Ziyarətgahı" Dini-Mədəni Abidə Kompleksi, sorağı minilliklərdən gələn Gəmiqaya abidəsi, Nuh peyğəmbərin məzarüstü türbəsi, mühüm müalicə ocaqları - Duzdağ Fizioterapiya Mərkəzi və Darıdağ Arsenli Su Müalicəxanası bu gün dünyanın müxtəlif ölkələrindən turistləri bura cəlb edən amillərdəndir.

Təkcə bu ilin ötən dövrü ərzində Yusif Küseyir oğlu türbəsi, Naxçıvan şəhər buzxanası, Kəngərli rayonunun Şahtaxtı kəndindəki Şərq hamamı bərpa edilərək  istifadəyə verilib, Sahil Parkı Naxçıvan şəhərinin turist xəritəsinə daxil edilib.

Bundan əlavə, muxtar respublikada turizmin mövsümiliyi aradan qaldırılıb. Əgər əvvəllər turistlər üçün daha çox yaz-yay aylarında gəlmək əlverişli sayılırdısa, Ağbulaqda xizək mərkəzinin yaradılması kimi böyük bir layihədən sonra soyuq aylarda da səyahət etmək artıq məqsədəuyğun sayılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 29 noyabr tarixli sərəncamı ilə Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması isə turizm sahəsinin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin davamlılığını və məqsədyönlülüyünü göstərir.

2020-ci il ərzində dünyada sürətlə yayılan pandemiya ölkə iqtisadiyyatının bir çox sahələrinə, o cümlədən, turizm sektoruna öz mənfi təsirlərini göstərdi. Mənfi təsirləri minimuma endirmək və inkişaf perspektivlərinin qorunması məqsədilə turizmlə məşğul olan sahibkarlıq subyektləri, o cümlədən, Nəqşicahan Holdinq Şirkətlər qrupu öz fəaliyyətini daxili turizmə yönəltdi.

Yerli turistlərin mənalı istirahətinin təşkili məqsədilə "Duzdağ", "Qrand Naxçıvan" və "Təbriz", "Avtovağzal" hoteldə, "Nəqşicahan" moteldə zəruri təmir işləri aparılıb, daxili turizmin inkişafına dəstək məqsədilə satış qiymətlərində endirimlər olub. Otellərin saytları yenilənib, yəni hər bir turist internet üzərindən rahatlıqla rezervasiya edə bilər.

Turizmdə yüksək keyfiyyətli restoran xidməti də önəmlidir. İstər yerli, istər xarici turist üçün mətbəx cəlbedicidir. Hər hansısa bir restorana getməmişdən öncə əksər hallarda həmin obyektin göstərdiyi xidmət və təklif etdiyi menyu ilə maraqlanarlar. Daxili turizmdə restoran xidmətinin səmərəliliyini artırmaq  üçün yeni menyular hazırlanıb. Açıq bufet tərzindən Ala-Carte üslubuna keçid edilib. Holdinqə məxsus restoranlarda çatdırılma xidmətləri fəaliyyətə başlayıb. "Take away" - özünlə apar və "Delivery" çatdırılma xidmətləri müştəri məmnuniyyətinə səbəb olub.



"Zümrüd" kafenin interyeri yenidən dizayn olunaraq 350 nəfər qonaq tutumuna qədər yüksəldilərək  restoran statusuna keçid edib. Canlı musiqi ilə qonaqlarını qarşılayan restoranın həyətyanı sahəsində besetkalar hazırlanıb. Həmçinin, "Görüş Yeri" kafesində Bullet Steak House, Chefm, ChoCha bölümləri üzrə menyular təzələnərək yeni setlər əlavə olunub.

"Təbriz" hoteldə dünyada və ölkəmizdə dəbdə olan terras tipli kafe yaradılıb. Muxtar respublika sakinlərinin ən çox üz tutduğu məkanlardan biri də hotelin 13-cü mərtəbəsində yerləşən əvəzolunmaz mənzərəsi və zəngin menyusuyla xidmət göstərən "Panaroma Restoranı"dır. 

Yerli turistlərin əyləncəli və yaddaqalan günləri Duzdağ Aquaparkında keçirdikləri günlər olur.  Gələn qonaqların yay istirahətini daha əyləncəli etmək üçün yeni Aquapark menyusu təklif olunur. Axşamları isə səhnənin işıq dizaynı dəyişdirilərək açıq hava diskosu qonaqların xidmətinə təqdim edilib. Duzdağ Aquaparkda yalnız xanımlar üçün günlər təşkil olunub və rahat gediş-gəlişlərini təmin etmək üçün transfer xidməti yaradılıb. Bundan əlavə, uşaqlara Aquaparkdan istifadənin ödənişsiz olması da təklif olunan xidmətlərdən istifadə etmək istəyənlərin sayını artırıb. Bununla belə, "Köpük şou" uşaqlarla yanaşı, böyüklərə də əyləncəli anlar yaşadıb.

Kartinq tələbə paketi ilə 15-30 nəfərlik qrup turları kartinq üçün müraciət edənlərin sayını artırıb. “Playstation” və Kartinq konsepti ilə qonaqlar kartinq sürməklə bərabər, oyun oynaya da bilirlər. Yeni menyular isə  qonaqların istirahətinin daha yaxşı təşkilinə imkan verir.



İllərdir, istər yerli, istər xarici turistlərin üz tutduğu sevimli məkanlardan biri Batabatdır. Təbiətin yaratdığı gözəllik həm də bura axın edən insanlar üçün xidmət sahələrinin yaranmasını və ilbəil yenilənməsini zəruri edir. Batabat İstirahət Mərkəzi kotteclərində qonaqlayan müştərilər üçün bir çox kampaniyalar həyata keçirilib. Yay mövsümü ərzində həftə içi qonaqlayanlara səhər yeməyi və Batabat gölünə tur gəzintisi hədiyyə olunub.

Ekstrim şəraitdə qonaqlamağı sevənlər üçün İstirahət mərkəzində 2 ədəd karavan tipli, 1 ədəd Orta Asiya çadır tipli qonaqlama xidməti yaradılıb ki, bu da xeyli marağa səbəb olub. Batabat meşəsində atla turlar isə turistlərin gəzintisinin maraqlı və əyləncəli olmasına hesablanıb.

Ağbulaq muxtar respublikamızda kənd turizminin tətbiq olunduğu ilk ünvandır. Kənd öz saf havası, gözəl mənzərəsi, qonaqpərvər insanları və təbii məhsulları ilə seçilir. Ağbulaq İstirahət və Xizəkçilik mərkəzinin  www.agbulaq.com saytında təklif olunan xidmətlərlə tanış olmaq mümkündür. Mərkəzdə ümumi uzunluğu 1500, eni isə 30 metr olan dağ-xizək enişi, xizəksürmə məktəbi, əyləncə və uşaq parkları yaradılıb, süni qaryaratma sistemləri qurulub. Həmçinin, 20 min kubmetr tutumu olan süni göl də gözəl mənzərəsi ilə turistləri özünə cəlb edir. Ağbulaq İstirahət və Xizəkçilik mərkəzinin  www.agbulaq.com saytında təklif olunan xidmətlərlə tanış olmaq mümkündür. Mərkəzdə müasir tərtibatda 3 yeni kottec və besetkalar yaradılıb,  uşaq oyun parkının ərazisi genişləndirilib.

Şənbə və bazar günləri canlı musiqilər istirahətinizi daha mənalı edə bilər. Ekstremal turizmi necə sevirsiniz? Elə isə Dağ motosikleti ilə (ATV - All Terrain Vehicles) turlara qatılın.



Bütün səylərini daxili turizmin inkişafına yönəldən Nəqşicahan Holdinq Şirkətlər Qrupu xidmət sahələrini və çeşidlərini zənginləşdirməklə həm də yaxın gələcəkdə xarici turistləri daha yüksək səviyyədə qarşılamaq imkanları qazandı. Daxili turizmdə bir canlanma yaradan holdinq sosial şəbəkə hesablarında davamlı təbliğat işləri ilə postpandemiya dövrü üçün artıq kifayət qədər turist kontingenti toplayıb. Bu o deməkdir ki, istər dövlət tərəfindən, istərsə də sahibkarlıq subyektləri tərəfindən həyata keçirilən müvafiq tədbirlər perspektivdə turizmin yenə də yüksələn xətlə dinamikasını təmin etmiş olacaq.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin də dediyi kimi: "Hər bir ölkənin həyatında turizm xüsusi yer tutur... Naxçıvan Muxtar Respublikasında da turizmin inkişafı diqqət mərkəzindədir... Artıq Naxçıvan həm də turizm mərkəzinə çevrilmişdir".

Bəli, günümüzün reallıqları onu göstərdi ki, istirahətini mənalı keçirmək üçün uzağa getmək şərt deyil. Ölkə sərhədləri daxilində hər mövsümə, hər zövqə, hər ailə büdcəsinə uyğun təklif olunan xidmətlərdən istifadə etməklə günümüzü əyləncəli və maraqlı keçirə bilərik.

Ruhiyyə RƏSULOVA
Naxçıvan Televiziyasının baş redaktoru

 





30.09.2020    çap et  çap et