525.Az

Gənc vokalçımız beynəlxalq müsabiqədə fərqlənib


 

Gənc vokalçımız beynəlxalq müsabiqədə fərqlənib<b style="color:red"></b>

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdi İskəndər Həsənzadə bu il Şimali Makedoniyada onlayn formatda keçirilmiş "Musicland 2020" beynəlxalq müsabiqəsində ölkəmizi uğurla təmsil edib.

AZƏRTAC xəbər verir ki, müsabiqənin nəticələrinə görə, gənc azərbaycanlı vokalçı "Golden Musicland star" diplomuna layiq görülüb.

Müsabiqənin prezidenti Toni Aleksovski tərəfindən ona gələn il layihədə iştirak etmək təklifi gəlib.

Qeyd edək ki, müsabiqədə 36 ölkənin təmsilçiləri iştirak edib.

 





30.09.2020    çap et  çap et