525.Az

"Zavodumuz Azərbaycan Ordusunu mühərrik yağları ilə təchiz etməyə hazırdır"


 

"Zavodumuz Azərbaycan Ordusunu mühərrik yağları ilə təchiz etməyə hazırdır" <b style="color:red"></b>

”AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) Təcrübə-Sənaye Zavodu Azərbaycan Ordusunu mühərrik yağları ilə təchiz etməyə hazırdır”.

Bunu YT Parkın direktoru Vasif Abbasov deyib.

Parkın direktoru vurğulayıb ki, rəhbərlik etdiyi qurumun rezidenti olan AMEA-nın Təcrübə-Sənaye Zavodunda ən müasir tələblərə cavab verən, yüksək keyfiyyətə malik mühərrik, transmissiya, kompressor, hidravlika yağları, sürtkü materialları və s. istehsal edilir.

Onun sözlərinə görə, Təcrübə-Sənaye Zavodu zərurət yarandığı halda Azərbaycan Ordusuna dəstək verməyə, Ordumuzu müxtəlif mühərrik yağları və digər vasitələrlə təchiz etməyə hazırdır.

 





30.09.2020    çap et  çap et