525.Az

Daha 110 nəfərdə koronavirus aşkarlandı: 127 sağalan, 1 ölən var


 

Daha 110 nəfərdə koronavirus aşkarlandı: <b style="color:red">127 sağalan, 1 ölən var </b>

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 110 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 40229 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 37954 nəfər müalicə olunaraq sağalıb, 591 nəfər vəfat edib, aktiv xəstə sayı 1684 nəfərdir.

Ölkədə son sutka ərzində 5469, hazırkı dövrədək isə 1115748 test aparılıb.

 





30.09.2020    çap et  çap et