525.Az

Türkiyə Milli Müdafiə Nazirliyi Ermənistana belə cavab verdi


 

Türkiyə Milli Müdafiə Nazirliyi Ermənistana belə cavab verdi<b style="color:red"></b>

Türkiyə Milli Müdafiə Nazirliyi Xocalı soyqırımının görüntülərini paylaşaraq Ermənistanın azərbaycanlı mülki vətəndaşlara qarşı hücumlarına cavab verib.

APA-nın məlumatına görə, 1992-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Xocalı şəhərində erməni soyqırımı nəticəsində baş verən hadisələri əks etdirən paylaşımda Ermənistanın 30 il əvvəl olduğu kimi, indi də sülh və əmin-amanlığın düşməni kimi çıxış etdiyi qeyd edilib:

"Uşaq, qadın və qoca demədən, Azərbaycan torpaqlarını işğal edən Xocalıda soyqırımı həyata keçirən Ermənistan bu gün də bütün dünyanın gözü qarşısında günahsız mülki vətəndaşları hədəf alır”, - deyə Müdafiə Nazirliyinin “Twitter” hesabında paylaşdığı yazıda qeyd edilib.

 





30.09.2020    çap et  çap et