525.Az

Bakıda evdən içərisində 50 min manata yaxın pul olan seyf oğurlandı


 

Bakıda evdən içərisində 50 min manata yaxın pul olan seyf oğurlandı<b style="color:red"></b>

Bakıda mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 26-da rayon ərazisindəki evlərin birindən 10000 manat, 10000 ABŞ dolları və 10000 avro pul olan seyfi oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş K.Sübaddin saxlanılıb.

Araşdırma aparılır.

 





01.10.2020    çap et  çap et