525.Az

"Vətən müdafiəsində Azərbaycanın yanında olacağıq"


 

"Vətən müdafiəsində Azərbaycanın yanında olacağıq"<b style="color:red"></b>

“Türkiyə bu günə qədər olduğu kimi, bundan sonra da haqlı mübarizəsində, vətən müdafiəsində Azərbaycanın yanında yer alacaq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop parlamentin payız sessiyasının açılışında deyib.

“Türkiyə və Azərbaycan dünyada iki başqa ölkə arasında bənzəri olmayan yaxın münasibətlərə sahibdirlər. “Bir millət, iki dövlət” sadəcə bir şüar, sadəcə tarixi bir təsbit deyil, eyni zamanda, diplomatiyadan döyüş meydanına, hər sahədə Türkiyə-Azərbaycan əlaqələrinə istiqamət verən prinsipdir”, - deyə M. Şəntop vurğulayıb.

 





01.10.2020    çap et  çap et