525.Az

YUĞ Teatrının kollektivindən İlham Əliyevə müraciət


 

YUĞ Teatrının kollektivindən İlham Əliyevə müraciət <b style="color:red"></b>

YUĞ Dövlət Teatrının kollektivinin Prezident İlham Əliyevə müraciət edib.

525.az müraciətin mətnini sizə təqdim edir:

"Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Rəşadətli ordumuzun Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda apardığı mübarizə xalqımızda yüksək ruh yüksəkliyi yaradıb. Ölkədə kiçikdən-böyüyə hər kəs kimi mədəniyyət və incəsənət xadimləri, o cümlədən YUĞ Dövlət Teatrının kollektivi də cəbhədə baş verən hadisələri diqqətlə izləyir, qələbə müjdəsi gözləyir.

Dədə-baba torpaqlarımızın düşmən işğalından azad olunması istiqamətində aparılan hərbi əmliyyatlarda yenilməz ordumuzun əldə etdiyi nailiyyətlər, işğalçı Ermənistan silahlı birləşmələrinə endirdiyi sarsıdıcı zərbələr bizi çox sevindirir. Terrorçu Ermənistanın siyasi-hərbi rəhbərliyinin növbəti təxribat cəhdi güclü ordumuzun və dəqiq seçilmiş hərbi taktikanın sayəsində fiaskoya uğrayıb. Düşmənin minlərlə canlı qüvvəsi, hərbi texnikası məhv edilib, mühüm strateji yüksəkliklər nəzarətə götürülüb, Füzuli və Cəbrayıl rayonlarının bir neçə kəndi işğaldan azad edilib. Şəhidlərimizin, mülki vətəndaşlarımızın qanı yerdə qalmayıb. Xalqımız yekdilliklə Qarabağın yağı düşmən tapdağından azad olunacağı günün yaxında olduğuna inanır və dövlətimizin qəbul etdiyi bütün qərarları dəstəkləyir.

Dünya ictiamiyyəti də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsini dəstəkləyir. Çünki ordumuz heç bir dövlətin ərazisinə göz dikməyib, öz əzəli torpaqlarını azad etmək uğrunda mübarizə aparır və bu mübarizədə beynəxalq hüquq normaları bizim tərəfimizdədir. Ən önəmlisi isə odur ki, bizim mübarizəmiz haqq mübarizəsidir. Bu ədalətli mübarizədə Azərbaycan inamlı qələbə qazanacaq və öz ərazi bütövlüyünü bərpa edəcək.

Azərbaycan Dövlət YUĞ Teatrının kollektivi bu qəti addımlarınızı alqışlayır. Sizin rəhbərliyinizlə şanlı ordumuzun haqq savaşında qələbə qazanacağına inanır və bildiririk ki, əmrinizlə hər an silaha sarılmağa hazırıq.   

Qarabağ Azərbaycandır!

Qələbə bizimlədir!

Hörmətlə,

YUĞ Dövlət Teatrının direktoru İslam Həsənov"

 





01.10.2020    çap et  çap et