525.Az

Mustafa İsenin Türkologiyaya dəyərli töhfəsi


 

Mustafa İsenin Türkologiyaya dəyərli töhfəsi <b style="color:red"></b>

Türk xalqlarının Orta çağlarda yaranan ədəbiyyatı istər növ janr, istərsə poetik struktur estetik düşüncə tərzi baxımından əski ənənələrə söykənsə , İslam sivilizasiya məkanında formalaşan yeni ədəbi-mədəni prosesin təsiri ilə fərqli inkişaf mərhələsinə daxil olmuş zəngin təkamül yolu keçmişdir.

Bəllidir ki, İslam mədəniyyətində təzkirə ənənəsi öncə ərəb dilində sonra fars türk dillərində yayılıb.  Əsasən bio-biblioqrafik məlumatları özündə ehtiva edən təzkirəcilik ənənəsi, əvvəllər tarix təsəvvüfdə yer almış, tədricən başqa sahələri o sıradan ədəbi prosesi əhatə etmişdir. Şairlər təzkirəsi həmin prosesin gedişatını izləmək üçün ilkin dəyərli qaynaqlar sırasındadır.

 

Müsəlman Şərq xalqlarının Orta əsrlərdə yaratdığı zəngin elm mədəniyyət tarixində sənət ədəbiyyat önəmli yer tutur. Burada ədəbi proses dövrə xas ictimai-sosial mədəni mühitin formalaşdırdığı dini-ideoloji, əqli-mənəvi başqa dəyərlərlə sıx surətdə əlaqədar olaraq inkişaf tapıb. Keçmişin ədəbi-mədəni həyatının bədii-estetik düşüncə tərzinin elmi mənzərəsini yaratmaq üçün ilk növbədə ilkin qaynaqlarda toplanan məlumatlar əsasında araşdırma aparmaq mülahizə söyləmək mümkündür bu baxımdan tarix mədəniyyətə aid ilkin yazılı qaynaqların, xüsusilə təzkirələrin tədqiqi olduqca əhəmiyyətli bir məsələ olaraq qarşımıza çıxır. Bəllidir ki, ədəbiyyat tarixi ədəbi tənqidin keçmişini öyrənmək üçün ən dəyərli qaynaqlardan biri təzkirələrdir. Peyğəmbər sirəsindən formalaşmağa başlayan, sonra isə elmi simaların, övliyaların müxtəlif mədəniyyət sahələrində xidmət göstərmiş şəxsiyyətlərin həyat yaradıcılığı haqqında yığcam məlumatları bir qaynaqda toplayan təzkirəçilik ənənəsi ədəbiyyat tarixində özünə önəmli yer tutub. Öncə ərəbcə, sonra isə farsca yaranıb genişlənən bu ənənə daha sonralar türkcə yazılmağa başlamış özündən əvvəl formalaşan üsul qaydaları saxlamaqla yanaşı, bir sıra metodoloji yeniliklər dəyişiklər gətirməklə özünəməxsus inkişaf yolu keçmişdir. Qeyd edək ki, ədəbi prosesin tarixi inkişaf yollarını, ədib şairlərin həyat yaradıcılığını izləmək üçün təzkirələrin əhəmiyyəti böyükdür.

 

Şair təzkirələri Şərq xalqlarının təkcə klassik ədəbiyyat tarixini deyil, həm   mədəniyyət tarixini öyrənmək baxımından diqqəti cəlb edir.Təzkirəçilik ənənəsi digər Şərq xalqlarında olduğu kimi, türk dünyasında da özünəməxsus inkişaf yolu keçib. Xorasan Orta Asiyadan dan başlayaraq Anadolu Balkanlaradək  yayılan bu ənənə müxtəlif bölgələrdə forma məzmun baxımından fərqlənsələr , bir sıra ümumi cəhətlərə görə ortaq xarakterə malik olmuşlar.  Təbiidir ki, ayrı-ayrı təzkirəçilik məktəbləri arasında qarşılıqlı faydalanma təsir halları da olmuşdur. Bu sırada Osmanlı təzkirəçilik ənənəsi xüsusi maraq doğurur. Təkcə Osmanlı ədəbiyyatında XVI əsrin birinci yarısından başlayaraq otuzdan artıq şair təzkirəsi qələmə alınıb.   

 

Təzkirələrin müasir elmi tələblərə uyğun tədqiqi nəşri işi isə nisbətən gec başlanıb. Bu ilk dəfə İranda Türkiyədə başlanıb.

 

XX əsrin əvvəllərindən etibarən isə Osmanlı təzkirəçiliyinin müxtəlif aspektləri alimlərin tədqiqat obyektinə çevrilib. Bu araşdırmaları nəzərdən keçirdiyimiz zaman Osmanlı təzkirəçiliyinin nəzəri cəhətlərinin öyrənildiyini, təzkirəçilik tarixinin yazıldığını, təzkirələrin böyük bir qisminin elmi-tənqidi mətnlərinin nəşr olunduğunu təzkirəşünaslar nəslinin  yetişdiyini söyləyə bilərik. Prof. Dr. Harun Tolasa bu xüsusda yazır: “Tanzimattan bu yana tezkirelerle çeşitli bakımlardan ilgilenilmiş ve üzerlerinde bir çok araştırmalar yapılmıştır. Bu araştırmalar büyük bir çoğunlukla, tezkirelerin tarihsel kökeni ve gelişimi, yazarları, yazılış sebep ve vesileleri, kapsadıkları zaman dilimi, tertib, muhteva ve üslup özellikleri ve bu açıdan birbirleriyle olan ilişkileri üzerinedir”.

 

Osmanlı təzkirələrinin nəzəri baxımdan araşdırılmasında Prof.Dr. Harun Tolasanın (1938-1983) rolu danılmazdır. Harun Tolasa ilk dəfə olaraq Səhi, Lətifi, Aşiq Çələbi təzkirələri əsasında şair əsəri haqqında verilən məlumatları orijinal şəkildə tədqiqata cəlb etmişdir. Onun bu monoqrafiyasında təzkirəçinin ədəbi anlayış dəyər sistemi, ədəbi tənqid metodu üslubu araşdırılıb. Bu metoddan faydalanaraq Prof. Dr. Filiz Kılıç XVII əsr, Prof. Pervin Çapan isə XVIII əsr təzkirələrini öyrənmişlər. 

 

Türkiyə təzkirəşünaslığının keçdiyi inkişaf yolundan bəhs edərkən xatırlanması vacib olan alimlərdən biri Prof. Dr. Haluk İpektendir (1926-1992). Haluk İpekten universitetlərdə türk dili  ədəbiyyatı  proqramlarında şüəra təzkirələri üzərində ən çox duran  rəhbərlik etdiyi dissertasiyalarla bunların ən  önəmlilərini tanıtdıran dəyərli bir tədqiqatçı olmuşdur.

 

Türkiyə təzkirəşünaslığının yeni inkişaf mərhələsi Prof. Dr. Mustafa İsenin adıyla bağlıdır. Haluk İpektenin yetişdirməsi olan  Mustafa İsen öz dəyərli araşdırmaları ilə türk təzkirəşünaslığına böyük töhfələr vermişdir. Mustafa İsen Mustafa AlininKünhül-əxbaradlı tarixi əsərinin təzkirə hissəsini tədqiq etmiş bunun ardınca təzkirələrə dair çoxsaylı kitab məqalələr nəşr etdirmişdir. Yetişdirməsi olmayan alim, övladsız valideynə bənzəyir. Bu baxımdan onun xidməti xüsusi olaraq qeyd edilməlidir. Prof. Dr. Mustafa İsen ona görə Türkiyə təzkirəşünaslığında müstəsna yerə sahibdir ki, Osmanlı təzkirələrini tədqiq edən alimlərin böyük bir qismi onun yetişdirdiyi alimlərdir. Belə ki, Mustafa İsenin rəhbərliyi ilə  Aşıq Çələbi, Əhdi Bağdadi, Qınalızadə Həsən Çələbi, Bəyani  digər təzkirəçilərin əsərləri tədqiqata cəlb olunmuş, onların elmi-tənqidi mətnləri hazırlanmış  işıq üzü görmüşdür... beləliklə, Türkiyə təzkirəşünaslıq məktəbi yaranmışdır.

 

Bu sahə üzrə görülən qiymətli mühüm işlərin yekunu olaraq Türkiyə Respublikası Prezidenti Administrasiyasının baş katibi,   Prof. Dr. Mustafa İseninTezkireden Biografiyeadlı kitabını nümunə kimi göstərə bilərik. Müəllif Türkiyədə təzkirəçilik ənənələrinin elmi araşdırılması üzrə məktəb yaratmış onun mədəniyyət ədəbiyyat tarixinə göstərdiyi bu dəyərli xidməti yetişdirdiyi tələbələriProf. Dr. F. Kılıç, Doç. Dr. S. Solmaz, Doç. Dr. A. Eyduran, Doç. Dr. G. Zavodçu digərləri davam etdirirlər.

 

6-8 may 2010-cu ildə Nevşehir Universitetində keçirilmişUluslararası Klassik Türk Ədəbiyyatında biyoqrafiyasimpoziumu  görkəmli təzkirəşünas alim Mustafa İsenin 60 illik yubileyinə həsr olunmuş burada türk təzkirəçiliyini araşdıran tədqiqatçıların böyük bir qismi təzkirələrlə bağlı məruzələrlə çıxış etmişdir.

 

Prof. Dr. Mustafa İsenin 2010-cu ildə Akçağ nəşriyyatında işıq üzü görənTezkireden biyografiyeadlı əsəri Azərbaycan dilinə çevrilərək 2012-ci ildə Bakıda nəşr olunmuşdur. Kitab Narıngül Nadir qızı tərəfindən Azərbaycan türkcəsinə uyğunlaşdırılmışdır. Kitabın elmi redaktorları Prof. Dr. K.Nərimanoğlu Prof. Dr. N. Göyüşovdur.

 

Kitabda M.İsenin təzkirələrə həsr olunmuş müxtəlif illərdə nəşr etdirdiyi məqalələri daxildir. Əsər iki hissədən ibarətdir. I fəsilTürk biyografi geleneği”, II fəsil isəTezkireler işığında divan edebiyyatına bakışlaradlanır. Bu əsərin ön sözündə M.İsen təzkirələrə olan sevgisini bu şəkildə dilə gətirir: “Elinizdeki çalışmayla birlikte hayatımın erken dönemlerinden itibaren odaklandığım bu gelenekle ilgili çalışmalarımı bir araya getirip bu zengin birikimi ilgilileri ile paylaşmak istedim. Lisans öğrenciliğ iyıllarımdan başlayarak şaie tezkireleri en büyük ilgi alanım oldu. Merhum hocam H.İpekten Beyin açtığı yoldan yürüyerek yaklaşık otuz beş yıldır konu ile ilgili çalışmalar yaptım. Büyük keyf alarak gerçekleşen bu yolculukta gördüklerimi de daha geniş çevrelere paylaşmak istedim”.  

 

Prof. Dr. Mustafa İsenin türk təzkirəçilik ənənələri üzərində apardığı ardıcıl sistemli araşdırmalar təkcə Türkiyə coğrafiyasında deyil, Heratdan başlayaraq Balkanlara qədər uzanan bir məkanda yetişən türk ədəbiyyatının tanınmış tanınmamış simaları haqqında dolğun məlumat verir. Burada Türk təzkirəçilik ənənəsinin əsas cizgiləri önəmli xüsusiyyətləri, eyni zamanda divan ədəbiyyatı ilə bağlı dəyərləndirmələr ayrı-ayrı məqalə yazılar şəklində öz əksini tapmışdır. Farsca təzkirəçilik ənənəsi daha əvvəl yaransa da, burada ədəbi tənqid dəyərləndirmə nisbətən zəif olmuşdur. Bu məsələni İran təzkirəçilik tarixini araşdıran Golçin Məani başqa tanınmış müəlliflər qeyd etmişlər. Buna bənzər şəkildə bir sıra Türk şairlər təzkirəsi ədəbi tənqid dəyərləndirmə baxımından zəifdir. Lakin bununla yanaşı, Osmanı dönəmində qələmə alınan Türk təzkirələri içərisində ədəbi tənqid baxımından böyük mühtəvası öz elmi dəyərləndirməsi isə seçilən mühüm qaynaqlara da rast gəlinir ki, bunlardan Lətifi, Mustafa Əli Kınalızadə Həsən Çələbinin əsərlərini özəlliklə qeyd etmək lazımdır. Prof. Dr. Mustafa İsen bütün bu məsələləri diqqətlə araşdırmışdır. Təzkirələrdə təriqət şairləri ayrıca məqalədə işıqlandırılır. Müəllif eyni zamanda Ankara, Tokat, Ərzurum, Bağdad, Üsküp, Diyarbəkir bölgələrində yetişən şairlər haqqında da ayrı-ayrı məqalələr şəklində bəhs edir.

 

Müəllifin kitaba daxil edilmiş məqalələrində mədəniyyət tarixinin bir çox önəmli məqamları təhlil edilir, şəhər mədəni mühitində yaranan inkişaf edən divan ədəbiyyatının xüsusiyyətləri nəzərdən keçirilir. İstanbulun Osmanlı dönəmində mühüm mədəniyyət mərkəzi kimi formalaşmasına təsir göstərən amillərin incələnməsi diqqəti cəlb edən məqamlar sırasındadır. Kitabda yer alan ayrıca bir bölümdə isə müxtəlif səbəblərdən Türkiyəyə mühacirət etmiş Azərbaycan müəllifləri haqqında dəyərli məlumatlar verilir. Orta çağlarda eyni sivilizasiya məkanında öz yaşamını davam etdirən Şərq xalqlarının yaratdığı elmi-fəlsəfi, dini-mənəvi, ədəbi-estetik hətta milli dəyərlər olduqca yaxın müştərək xarakterə malikdir bu cəhətdən onların müqayisəli tədqiqi həmin dəyərləri paylaşanların hamısı üçün faydalıdır. Ona görə keçmişin elmi, mədəni, ədəbi mənəvi mirasını araşdırarkən məsələyə geniş müstəvidə eyni mədəniyyətin ayrılmaz parçaları kimi yanaşmaq lazım gəlir. Prof. Dr. Mustafa İsen öz araşdırmalarında məhz mövzuya  yüksək mədəni-intellektual elmi səviyyədə yanaşmışdır.

 

Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan mədəniyyət ədəbiyyat tarixinin tədqiqində bəzi sahələr üzrə müəyyən boşluqlar var ki, bura Orta çağlarda formalaşan islam mədəniyyət kateqoriyalarının universal xarakteri, başqa xalqlarla ortaq xüsusiyyətləri daşıyan təsəvvüf sufi ədəbiyyatı, klassik divan ədəbiyyatının estetikası, klassik ədəbiyatda bəlağət ədəbi sənətlər, nəhayət, təzkirəçilik ənənəsinin tədqiqi daxildir.

 

İran Türkiyədə istər ayrı-ayrı təzkirələrin tədqiqi nəşri, istərsə təzkirəçilik tarixinin araşdırılması üzrə daha çox mühüm işlər görülmüş olsa da, Azərbaycanda bu məsələyə nisbətən gec başlanmış, bir neçə təzkirə işıq üzü görmüşdür. Bu sahədə ilk təşəbbüslərdən olan N. Qarayevin, M. Muradovanın,  K. Məmmədovanın, A. Topalovanın tədqiqatlarını göstərmək olar. Burada mərhum Nəsirəddin Qarayevin xidmətini xüsusi olaraq yada salmaq yerinə düşər. O, böyük zəhmət tələb edən Nəvvabın təzkirəsini nəşrə hazırlamışdır. Təzkirəçilik ənənəsinin sistemli ardıcıl tədqiqi son dövrlər Dr. Vüsalə Musalı tərəfindən aparılmaqdadır. 2006-ci ildəXV-XVII əsrlər türk təzkirələrinin strukturu spesifikasımövzusunda namizədlik dissertasiyasını başa çatdıran müəllif, hal-hazırdaTürk təzkirəçiliyinin inkişaf təkamül mərhələlərimövzusu üzrə doktorluq səviyyəsində araşdırma aparmaqdadır. OnunOsmanlı təzkirələrində Azərbaycan şairləriadlı monoqrafiyası 2009-cu ildə, “Türk təzkirəçiliyi” (Biblioqrafiyası) kitabı isə 2011-ci ildə nəşr edilmişdir.

 

Bizlərdə təzkirələrin istər akademik nəşrində, istərdə tədqiqində müəyyən boşluqlar   qeyri-peşəkar cəhətləri nəzərə alsaq,  həmin problemlərin həlli baxımından Türk araşdırıcılarının bu sahədə gördüyü işlərdən faydalanmaq qarşılıqlı elmi mübadilə olduqca əhəmiyyətli görünür. Bu baxımdan Prof. Dr. Mustafa İsenin kitabının Azərbaycan türkcəsi ilə nəşrinin elmi ictimaiyyət üçün faydalı olacağı heç bir şübhə doğurmur.

 

Sonda  bildirmək istərdik ki, bu kitabda yer alan araşdırmalar istər mövzu məzmun, istər daşıdığı məlumatlar istərsə , elmi yanaşma metodu baxımından təkcə filoloqlar üçün deyil, tarixçilər mədəniyyətşünaslar ümumiyyətlə, türkoloqlar üçün dəyərli töhfədir.

 

Mahirə Quliyeva
Filologiya elmləri doktoru,           

 

Vüsalə Musalı

Filologiya üzrə fəlsəfə doktoru

 

 





16.10.2012    çap et  çap et