525.Az

İşğaldan azad edilən Suqovuşan - Fotolar


 

İşğaldan azad edilən Suqovuşan - <b style="color:red">Fotolar</b>

Xəbər verdiyimiz kimi, oktyabrın 3-də Tərtərin Madagiz kəndi erməni işğalçılarından azad olunub.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən tarixi adı bərpa edilərək Suqovuşan adlandırılıb.

Qeyd edək ki, Suqovuşan kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid olub. Lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam , Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Suqovuşan kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir.

Suqovuşan ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. 1994-cü ilin aprel ayında Manvel Qriqoryanın başçılığı altında Ermənistan ordusunun Eçmiədzin könüllülər dəstəsi yenidən Suqovuşanı işğal edib.

525.az Suqovuşandan şəkilləri təqdim edir:

 





05.10.2020    çap et  çap et