525.Az

Dram Teatrının saytı dağıdıldı


 

Dram Teatrının saytı dağıdıldı<b style="color:red"></b> Azərbaycan Dövlət Akademik Dram Teatrının saytı haker hücumuna məruz qalıb. APA-nın məlumatına görə, sayt tamamilə dağıdılıb və ana səhifəyə İraqın sabiq lideri Səddam Hüseynin məhkəmədə çəkilən fotosu yerləşdirilib.
 
Teatrın mətbuat katibi Elçin Cəfərov APA-ya bildirib ki, saytla bağlı əməkdaşlıq etdikləri mütəxəssislərə müraciət olunub və hazırda məsələ araşdırılır: “Kimlər tərəfindən edildiyi məlum deyil. Qısa zamanda saytın bərpasına çalışırıq”.
 
E. Cəfərov qeyd edib ki, yaxın gələcəkdə teatrın yeni internet səhifəsi fəaliyyətə başlayacaq: “Bununla bağlı təqdimatımız olacaq”.
 





28.01.2014    çap et  çap et