525.Az

TikTok-Instagram müharibəsi başa çatdı - Qalib kimdir?


 

TikTok-Instagram müharibəsi başa çatdı - <b style="color:red">Qalib kimdir? </b>

Sosial şəbəkələr arasında ən çox istifadə edilənlərdən biri də Instagram-dır. Xüsusən, pandemiya başlayandan bu göstərici ciddi şəkildə artıb.

525.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Instagram-a ən böyük rəqib göstərilən TikTok daha bu mübarizədə daha əzmkar görünür. Belə ki, sözügedən rəqabəti artıq bitmiş hesab etmək olar.

Açıqlanan yükləmə sayına görə, ilk sırada TikTok yer alıb. Instagram isə xeyli geriləyərək 5-ci olub.

Son hesabata əsasən, TikTok həm iOS, həm də Android ekosistemində ciddi fərqlə önə keçib. İkinci pillədə Feysbuk, dörd və beşinci yerlərdə isə müvafiq olaraq Zoom ilə WhatsApp qərarlaşıb.

Cavid QƏDİR

 





06.10.2020    çap et  çap et