525.Az

İnsan orqanizminin dostu - Maqnezium


 

MAQNEZİUM ÇATIŞMAZLIĞI HANSI TƏHLÜKƏDƏN XƏBƏR VERİR?

İnsan orqanizminin dostu - <b style="color:red">Maqnezium</b>

Maqnezium bədənimizin sağlamlığı üçün vacib minerallardan biridir. Bu mineral əsasən sümüklərdə olur. Onun əsas işi qan və sümük sisteminin sağlam fəaliyyət göstərməsinə yardımçı olmaqdan ibarətdir. Həmçinin, hüceyrələrin yenilənməsində mühüm rol oynayır.

Maqnezium insulin, tiroid, progesteron və estrogen kimi həyati hormonlara təsir göstərir, əzələ hərəkətləri və sinir sisteminin yüksək təsiri var. Sadalananlardan anlaşıldığı kimi, maqnezium çatışmazlığı bütün bədənimizdə simptomatik bir mənzərəyə səbəb ola bilər.

Mütəxəssislər maqnezium azlığının ağır metalların beyində yığılmasına səbəb olduğunu söyləyirlər. Bunun isə parkinson, dağınıq skleroz və alzheimer xəstəliklərinə yol açdığına dair dəlillər var. Əlavə olaraq bu ağır metal yığılması səbəbindən uşaqlarda öyrənmə pozğunluqları görülür. Bunun xaricində ürək bulanması və qusma, əzələ sancmaları, ürək ritminin pozulması və yuxusuzluğun səbəbi də maqnezium çatışmazlığından qaynaqlana bilər. Araşdırmalar göstərir ki, əslində, bir çox qidanın tərkibində maqnezium olsa da, yenə də insanlarda bu mineralın çatışmazlığı müşahidə olunur. Bunun bir səbəbi kənd təsərrüfatında tez-tez istifadə olunan heyvan gübrələri, böyük miqdarda kalium və fosfor ehtiva etdiyi üçün bitkilərdəki maqnezium səviyyəsinin azalmasıdır. Digər səbəb yaş, cinsiyyət, xroniki xəstəlik və həyat tərzinə görə müşahidə edilir. 

Qızardılmış, qaynadılmış və s. bu kim yüksək temperaturda bişirilən qidalarda maqneziumun miqdarı aşağı enir. Yüksək karbohidrat və yağlı pəhriz, zehni və fiziki stress də maqnezium çatışmazlığına səbəb ola bilər. Bundan əlavə, yaşla əlaqədar  insanlarda bağırsaqda maqnezium sorulması azaldıqca maqnezium çatışmazlığı yaranır. Qeyri-dəqiq pəhrizlər, alkoqol və siqaret alışqanlığı da maqnezium çatışmazlığına səbəb olan amillərdəndir. Mütəxəssislər uşaqların inkişafı zamanı orqanizmin maqneziuma ehtiyacının artdığını qeyd edir və bu dövrdə çox diqqətli olmağı qeyd edir. Maqnezium sinir sistemi üçün antistress dərman sayılır. Bu mineral orqanizmdə vitamin C, kalsium, fosfor və digər bəzi həyat əhəmiyyətli maddələrin orqanizmdən sorulması üçün lazımdır.

Afaq RZA

 





07.10.2020    çap et  çap et