525.Az

Şəkidə ağır qəza: Bir ailənin iki üzvü öldü


 

Şəkidə ağır qəza: <b style="color:red">Bir ailənin iki üzvü öldü</b>

Şəkidə iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 8-də saat 12 radələrində Şəki şəhəri ərazisində Bərdə rayon sakini N.Əzizov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb. Nəticədə sərnişinləri - arvadı Nəsibə və qızı Zəminə hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Fakta bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 





09.10.2020    çap et  çap et