525.Az

Ermənistan muzdlulardan və terrorçulardan istifadə etməsini "qanuniləşdirməyə" çalışır


 

Ermənistan muzdlulardan və terrorçulardan istifadə etməsini "qanuniləşdirməyə" çalışır<b style="color:red"></b>

Bu gün speratçı rejimin “parlament”ində “Müdafiə haqqında” qanuna dəyişikliklərin edilməsi barədə “qanun layihəsi” müzakirə olunub.

Trend-in məlumatına görə, "qanun layihəsi” muzdluların Qarabağda döyüşlərdə iştirakını asanlaşdırmaq və qanuniləşdirmək məqsədi daşıyır.

Bununla Ermənistan tərəfi Qarabağa muzdlu döyüşçüləri cəlb etdiyini faktiki etiraf edir və bu əməllərinə hüquqi don geyindirməyə çalışır.

Hərbi ekspert Üzeyir Cəfərov Trend-ə açıqlamasında bildirib ki, artıq əlləri hər şeydən üzülən Arityunyan və Paşinyan qondarma separatçı rejimin "peşəkar ordusu"nu formalaşdırmaq barədə "qanun layihəsi" qəbul edib:

"Dağlıq Qarabağda Azərbaycana qarşı muzdluların döyüşməsini "qanuniləşdirmək" istəyirlər. Guya bu "sənəd"ə qədər onlarda döyüşən terroristlər yox idi?

İndi onlar bununla özlərini sığortalamaq istəyir ki, məhv edilən erməni hərbçiləri sırasında terrorçu meyitləri aşkarlananda özlərinə haqq qazandıra bilsinlər".

 





13.10.2020    çap et  çap et