525.Az

Tarix yazan qədim Boyatlar - o ilərin məktəbi!..


 

Tarix yazan qədim Boyatlar - <b style="color:red">o ilərin məktəbi!..</b>

Qədim şərqin bir hissəsi olan Azərbaycan zəngin tarixi keçmişi ilə həmişə diqqəti cəlb edib. Soykökümüzün türk soylu olması buna rəvac veriri ki, bizlər qoca Qafqazın ən qədim sakinləriyik. İstərdim ata-babalarmızın yaşadığı qədim tarixə sökənən Ağcabədidə yerləşən Bayatlar, Bayat qalası və Boyat məktəbinin tarxi keçmişi haqqında bir az sizinlə bölüşəm...

Boyatlar, Boyat toponimi

Boyat (Bayat, Bəyat) türkdilli qəbilələrdən birinin adı olub IX-X əsrlərdə qay tayfası ilə yanaşı Şimali Qazaxıstanın çöllərində oğuzlara başçılıq etmiş tayfalardandır.

“Boyat” "Kitabi-Dədə Qorqud"da hadisələrin başlanğıcı və cərəyan etdiyi coğrafi adlardan biridir. “Boyat” sözü bu cür mənaları verir:  Boqoyat-Boq ata-Tanrı ata, Boq-od-Tanrı-od Boyat-Bəy ata, həm də Bəy odu, Tanrı odu" kimi açıqlanmışdır. Tanrı, qədim,  dövlətli, köhnə, Bay At (Babamdan eşitmişdim “Yəni Atlı Bəy”) və.s

Asiyanın geniş ölkələrindən Azərbaycana, Anadoluya, İraqa, Volqa boyuna qədər izləri görünən bayatların tarixi varlığı haqqında çeşidli qaynaqlarda geniş məlumatlar var. Bayat soyunun dünyada məşhur həmişəyaşar, ad-san qazanmış nümayəndələri olub. Qeyd edim ki, orta əsr Azərbaycan şairi, mütəfəkkir və filosofu Məhəmməd Füzuli də Bayat boyundandır.

Ağcabədi bölgəsi XVIII əsrin ortalarınadək Bayad nahiyəsi adlanırdı. Hazırda Azərbaycan ərazisində bir neçə Bayat adlı kənd var. Onlardan biri də Ağcabədidədir. Rus üsul-idarəsi dönəmində Şuşa qəzasına, xanlıq çağında Kəbirli mahalına bağlı idi. Bəylərbəylik zamanında isə özü nahiyə mərkəzi olub. Bayat kəndi bayat elinin bir oymağının yerləşməsindən yaranıb. Bu el qədim çağlardan Qarabağda kök salıb. Öncə köçəri yaşam sürsələr də, sonradan oturaq kənd həyatına keçid edib əkinçiliklə məşğul olublar.

Qarabağ bəylərbəyliyinin tərkibində də Bayat adlı nahiyə vardı. Bu nahiyənin mərkəzi Bayat kəndi idi. Orta çağlarda Bayat kəndində məscid, hamam və bazar qərar tuturdu.

Şah İsmayıl Xətai ölkəni vahid dövlət halında birləşdirəndən sonra yeni hökumətə dayaq olmaq və onu əldə saxlamaq üçün İranda yaşayan Boyat türklərindən bir dəstəsini siyahı uzrə köçürüb. Həmin tayfanın üzvləri tərəfindən salınmış yaşayış məntəqələri onların adı ilə Boyat adlandırılmışdı. Məhz ona görə də hazırda bir sıra rayonlarda eyniadlı kəndlər var və onların hər birinin kökü eynidir.

Bu toponim səlcuq oğuzlarının boyat/bayat tayfasının adını daşıyır. Hətta aşağıdakı bayatılar da Bayat tayfasına aiddir:

Aşığam o Bayadı,
El yadı, oba yadı.
Siz olun el-obalı,
Biz olaq oba yadı.
 
Əzizim Bayatlardan,
Xəbər ver, Bayatlardan.
Aşiqin dərdinə dərman
Tapılır bəy əttardan.
 
Aşıq, Bayat elləri,
Yarım saya telləri.
Çək ağzım, bas gözümü,
Qayıt, oyat elləri...

Həmçinin, Ağcabədi Qarabağın dayağı olan Bayatların, Kəbirlilərin, Şahsevənlərin, 32-lərin, Afşarların məskunlaşdığı qədim, köklü türk tayfalarının ərazisidir. Qarabağ xanı olan Pənahəli xan Ağcabədi rayonunun Boyad kəndində  1747-1748-ci illərdə Boyat qalasını tikdirmişdi. Məqsədinə nail ola bilməyən və mübarizədə məğlub edilən Hacı Çələbi geri dönərkən deyir:  “Pənahəli xan bu vaxtacan bir sikkəsiz gümüş idi, biz gəldik, ona sikkə vurduq getdik”.  Müəyyən bir dövür höküm sürmüş xanlıqların da varlığına Rus imperiyası son qoymuş, onların qohumları-yaxınları sürgün olunmuş, güllələnmişdi...

Bir zamanların bəy evi - Tarixi boyat məktəbi...

Tarixi Boyat məktəbi Azərbaycan ziyalısı, vəkil Mirzəli bəy Behbudov yaşadığı ev olub. 1937-ci ilin qanlı represiya vaxtı Quba qəzasında vəkil kimi işləyib. O, həm də dünyanı bir əsrlik qızıl  səsi ilə fəth edən Rəşid Behbudovun əmisi idi.  Ev ikimərtəbəli olmaqla, ümumilikdə 16 otaqdan ibarətdir. Böyük həyatyani sahəsi olan binanın yanından tarixi kəhriz suları keçirmiş. Bəyin bütün yaxın qohumları bu evdə yaşamışlar.

HAŞİYƏ: Günlərin bir günü Mirzalı bəy əmisi oğlu Məcid Behbudovla nahar edirmiş. Bəy çox israr edir ki, nədən ailə qurmursan? Məcid bəy də cavab edir ki, mən üzünü görmədiyim xanımla ailə qurmaram. O dövürdə xanımlar çarşabda olduqları üçün üzləri görsənmirmiş. Birdən bəyin naibi gəlir ki, bəs arşınmalçı gəlib. Mirzalı bəy təbəssümlə Məcid bəyə deyir ki, səninki gəldi. O da tam anlamır ki, bəy buna nə deyir. Mirzalı bəy deyir ki, get qiraqdan pəncərdən bax, görəcəksən ki, arşınmalçının yanında xanımlar çarşabların çıxarırlar. Sən də rahat öz yarını tapa bilərsən. Bundan sonra Məcid bəy arşınmalçının qiyafəsini geyinib xanmlara arşın mal satanda öz xanmını seçə bilir. O izdivacdan Rəşid bəy Behbudov doğulur. Dahi Üzeyir Hacıbəyov 1913-cü ildə “Arşın mal alan” operettasını yazır. 1945-ci ildə çəkilən “Arşın mal alan” filmində  isə baş rolu Rəşid bəy Behbudov oynayır.

Ağcabədi rayonun Boyat kənd məktəbi 1958-ci ildən orta məktəb kimi fəaliyyət göstərir və bu kəndin qəhrəman oğlu Hikmət Əliyevin adını daşıyır. Məktəbin ilk direktoru Oqtay Məmmədov olub. Tarix təkrarlanır desək, yanılmarıq. Məktəbin hazırkı direktoru da Oqtay müəllimin nəvəsi Məleykə Kərimovadır.  Bu Boyat məktəbindən, həyat məktəbindən onlarla ziyalı, həkim, vəkil, müəllim, hakim yetişib, elinə-obasına, yurduna öz töhfələrini veriblər.

Mustafa Kamal Atatürk müəllim peşəsinə yüksək qiymət verərək deyirdi: "Müəllim şam kimidir, özü yanıb tükənərkən ətrafını işıqlandırır".  Haqqında söz açdığım bu tarixi  məktəbin müəllimi olmuş  babam Savalan Səmədov  haqqında nəsə yazmaq mənim üçün  böyük məsuliyyətdir. Eləcə də həmişə mənimlə fəxr  etmiş babam haqda yazmaq qürurvericidir.  İllər  boyu  Boyat məktəbinin sütunu olmuş babamı bu məktəbi  bitirən hər  kəs xoş xatirələrlə yad edir. Onun üçün təhsil  almaq, kitab oxumaq, şahmatla məşğul olmaq hobbi idi. O, dəyərlərin altında biz nəvələri  babamızın ziyasını  qoruyuruq. Fəxr  yerim, idealım babam, özümdə güc-qüvvət  tapıb səninlə olan  xatirələrmizi kitab  halında çap  etdirmək  arzumdur.

İnsanın şəxsiyyət kimi formalaşmasında, onun təhsil və inkişafında müəllimin rolu danılmazdır. Müəllim çox şərəfli peşə, bir o qədər də məsuliyyətli işdir. L.Tolstoy yazırdı ki, əgər müəllim yalnız işi sevirsə, o, yaxşı müəllim olacaq. Əgər müəllim peşəsinə və şagirdə olan məhəbbətini özündə birləşdirirsə, kamil müəllimdir.

Haqqında söz açdığım Ağcabədi rayonun Boyat kənd orta məktəbinin özü qədər dərin iz qoyan qocaman müəllimi, ziyalısı Savalan Səmədov başda olmaqla dünyasını dəyişmiş bütün müəllimlərini hörmətlə anıram. Hazırda fəaliyyətini davam etdirəm bütün heyətinə isə şərəfli peşə fəaliyyətində uğurlar arzu edirəm. Nə yaxşı ki, siz müəllimlər varsınız!

 





14.10.2020    çap et  çap et