525.Az

Azexport və Rəqəmsal Ticarət Qovşağı ən yaxşı təcrübədir - Hesabat


 

Azexport və Rəqəmsal Ticarət Qovşağı ən yaxşı təcrübədir - <b style="color:red">Hesabat</b>

Birləşmiş Millətlər Təşkilatının (BMT) tərkibində fəaliyyət göstərən 5 komissiyadan biri olan Asiya-Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 8-ci iclası baş tutub.

Bu barədə “Report”a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) məlumat verilib.

Məlumata görə, Tailandın paytaxtı Banqkok şəhərində keçirilən iclasa həsr olunan sənəddə İİTKM-nın operatoru olduğu Azərbaycan Rəqəmsal Ticarət Qovşağı (DTH) və Azexport.az layihələri barədə ətraflı məlumatlar dərc olunub.

Azexport.az portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, tədbirə dair sənəddə Prezident İlham Əliyevin 22 fevral 2017-ci il tarixli fərmanına uyğun olaraq yaradılan “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı” Asiya və Sakit okean ölkələrində “transsərhəd kağızsız ticarət” üzrə ən yaxşı təcrübələr bölməsində yer alıb.

Sənəddə DTH portalı tərəfindən təqdim olunan imkanlardan istifadə etməklə elektron və mobil rezidentlər Azərbaycandan və ya istənilən digər ölkədən tamamilə onlayn şəkildə şirkət təsis və idarə edilməsinin mümkünlüyü ilə yanaşı Azərbaycanın qeyri-rezidentlərə m-Rezidentlik təqdim edən ilk ölkə olduğu da vurğulanıb. Bununla yanaşı DTH-ın dövlət-özəl tərəfdaşlığı (PPP) çərçivəsində hər iki tərəfin xidmətlərinin birgə təqdim olunması baxımından uğurlu nümunə olduğu bildirilib. Həmçinin, təqdim olunan “Onlayn Vahid İxrac Ərizəsi” sahibkarlara ixrac edəcəyi məhsullar üçün tələb olunan sertifikatların məmur-sahibkar təması olmadan onlayn qaydada alınmasına imkan yaratdığı bildirilib.

 





15.10.2020    çap et  çap et