525.Az

Əmək Məcəlləsinə "distant iş" və "teleiş" anlayışları əlavə oluna bilər


 

Əmək Məcəlləsinə "distant iş" və "teleiş" anlayışları əlavə oluna bilər<b style="color:red"></b>

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" böyük həcmli Qanununun layihəsi hazırlanıb.

"Caspian Energy Club"dan (CEC) "APA-Economics"ə verilən məlumata görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov CEC-in təşkil etdiyi "Online B2G Forum"da çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu layihə həm beynəlxalq təcrübəni, həm də yerli təcrübəni, həmçinin qanunvericilikdə boşluqların aradan qaldırılmasını, dispozitiv və imperativ norma və qaydalara dəqiqlik gətirilməsini ehtiva edir.

"Layihə Azərbaycanda Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyada da müzakirə edilib. Layihədə bir sıra məsələlər ilə yanaşı Əmək Məcəlləsinə "distant (məsafədən) iş, "teleiş" anlayışlarının əlavə edilməsi və bununla əlaqədar digər maddələrin tənzimlənməsi məsələsinə də baxılır. Koronavirus pandemiyasına qarşı mübarizə dövründə fəaliyyətinə icazə verilməyən sahələrdə əmək fəaliyyətinin "distant iş" və ya "teleiş" formasında təşkil edilməsi işəgötürənlərə tövsiyə edilib", - deyə Ə. Məhərrəmov qeyd edib.

O həmçinin əlavə edib ki, hərbi vəziyyətlə əlaqədar olaraq işçilər hərbi toplanışa və ya hərbi xidmətə çağırıldıqda işçilərin təminatları barədə Əmək Məcəlləsində və digər qanunvericilik aktlarında bir sıra normalar nəzərdə tutulmuşdur ki, işəgötürənlər tərəfindən bu normalara riayət edilməsi mühüm əhəmiyyət kəsb edir.

 

 





15.10.2020    çap et  çap et