525.Az

Xocavənd sakinləri Qələbə sevincini yaşayırlar - Fotolar


 

Xocavənd sakinləri Qələbə sevincini yaşayırlar - <b style="color:red">Fotolar</b>

Xocavəndlilər işğaldan azad edilmiş torpaqların qələbə sevincini yaşayır.

"Report"un cəbhə bölgəsinə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, Xocavənd qəsəbəsinin sakinləri Qələbə yürüşü ediblər.

Rəşadətli Azərbaycan Ordusu tərəfindən dünən Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Bu xəbəri eşidən xocavəndlilər qəsəbə ərazisində bayram edir, qələbə sevincini yaşayırlar. Xocavənd qəsəbəsinin sakinləri öz sevinclərini "Report"un əməkdaşları ilə bölüşüblər.

 

 





15.10.2020    çap et  çap et