525.Az

İsrail parlamenti BƏƏ ilə sülh sazişini təsdiqlədi


 

İsrail parlamenti BƏƏ ilə sülh sazişini təsdiqlədi <b style="color:red"></b>

İsrail Knesseti (parlament) ölkənin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə münasibətləri normallaşdırmaq barədə 15 sentyabrda Vaşinqtonda imzaladığı müqaviləni təsdiqləyib.

APA xəbər verir ki, bu barədə İsrailin “Kan” radiostansiyası məlumat yayıb.

Məlumata görə, birpalatalı parlamentin 120 deputatından 80-i BƏƏ ilə sülh sazişini dəstəkləyib, 13-ü əleyhinə çıxıb.

Knessetdə təsdiqləndikdən sonra sənəd yekun qərar üçün İsrail hökumətinə təqdim ediləcək.

 





16.10.2020    çap et  çap et