525.Az

Bakıda 300-dən artıq yeni yol nişanı və işıqfor quraşdırılıb


 

Bakıda 300-dən artıq yeni yol nişanı və işıqfor quraşdırılıb<b style="color:red"></b> Bu il Bakıda 300-dən artıq yeni yol nişanı və işıqfor quraşdırılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, İdarə tərəfindən Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına yeni yol nişanlarının qoyulması ilə bağlı 22 təklif verilib.

Bu ilin 9 ayı ərzində paytaxtın küçə və yollarında 2240 yol nişanı dəyişdirilib, 295 yeni yol nişanı və 12 işıqfor quraşdırılıb. Əsədov deyib ki, hazırda Bakıda 6 tunel, 8 yeraltı keçid, 5 körpü, 1 çoxmərtəbəli dayanacaq tikilir.

Paytaxt yollarının ümumi uzunluğu 2217,1 km-dir, küçə və yollarda 643 yolayrıcı, 59 yeraltı və yerüstü piyada keçidi, 267 işıqfor, 67 dəmiryol keçidi, 62 körpü və tunel var.
 





16.10.2012    çap et  çap et