525.Az

“Sentyabrın 27-dən cəbhəboyu ərazilərdən 11 ədəd “Elbrus” raketi götürülüb”


 

“Sentyabrın 27-dən cəbhəboyu ərazilərdən 11 ədəd “Elbrus” raketi götürülüb”<b style="color:red"></b>

“27 sentyabr tarixindən cəbhəboyu ərazilərdə baş verən hadisələrlə bağlı ANAMA-nın Operativ Qərargahı yaradılıb”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov bildirib.

Onun sözlərinə görə, 600-dən çox çağırış daxil olub, 92 ədəd partlamamış, 200-dən çox partlamış mərmi və raket aşkar edilərək götürülüb: “Eyni zamanda, partlamamış kaset mərmilərə də rast gəlinib. Füzuli rayonunun Arayatlı kəndi ərazisində tərkibində 3,6 kq ağ fosfor olan 122 mm-lik tüstülü mərmi aşkarlanaraq götürülüb. Bu günə qədər 11 ədəd “Elbrus” raketi aşkar olunaraq götürülüb”.

 





18.10.2020    çap et  çap et