525.Az

Ədəbiyyat İnstitutunun əməkdaşı beynəlxalq onlayn konfranslarda


 

Ədəbiyyat İnstitutunun əməkdaşı beynəlxalq onlayn konfranslarda <b style="color:red"></b>

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Pərvanə Məmmədli bir neçə onlayn konfransın iştirakçısı olub.

O, sentyabrın 19-da Amerikanın Michigan Universitetində “Zoom” proqramı vasitəsi ilə professor Timur Kocaoğlnun düzənlədiyi "26-cı Türkbilim Sanaltayı"na "Çağdaş Güney Azərbaycan ədəbiyyatının öndə gələn təmsilçiləri" mövzusunda məruzə ilə çıxış edib. 40 dəqiqəlik məruzəsindən sonra iştirakçıların suallarını cavablandırıb.

P.Məmmədli oktyabrın 10-da isə Amerika Türk Çalışmaları Assosiasiyasının (AATT) keçirdiyi Beynəlxalq konfransda iştirak edib. Konfrans məruzəsi Amerikada elmi dərəcəyə yiyələnən ilk azərbaycanlı alimin kitabı ilə bağlı olub.

“Zoom” proqramı ilə video-konfrans bağlantısına tam (cəbhədə yaranmış gərgin vəziyyətlə əlaqədar sosial şəbəkənin istifadəsi məhdudlaşdırıldığından) qoşula bilməyib.

Konfransın sonunda ona elektron poçtla bu məzmunda məktub gəlib:

"Hörmətli Pərvanə Məmmədli. Bu məktubun sizə çatacağına ümid edirik. Ölkənizdəki vəziyyət üçün çox üzüldük. Bağlanmaq üçün göstərdiyiniz böyük səyləri qiymətləndiririk. Xahiş edirik, konfrans barədə narahat olmayın. Dünənki konfrans toplantısının iclasındakı yazılı mətninizi (posterinizi) iştirakçılara göstərdik. İşiniz hamı tərəfindən maraqla qarşılandı və yüksək qiymətləndirdi. Gələn il sizi aramızda şəxsən görəcəyimizə ümid edirik. Nikbin olun və salamat qalın. Hörmətlə, AATT (Amerika Türk Çalışmaları Assosiasiyası)".

 





19.10.2020    çap et  çap et