525.Az

Daha 584 nəfərdə koronavirus aşkarlandı: 128 sağalan, 5 ölən var


 

Daha 584 nəfərdə koronavirus aşkarlandı: <b style="color:red"> 128 sağalan, 5 ölən var</b>

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 584 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 45 879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 40 272 nəfər müalicə olunaraq sağalıb, 635 nəfər vəfat edib, aktiv xəstə sayı 4 972 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 028, ötən müddət ərzində isə ümumilikdə 1 241 664 test aparılıb.

 

 





20.10.2020    çap et  çap et